ABŞ-da türk aktrisanın qabırğalarını sındırdılar
5-05-2025 11:14
Baxış sayı:
395

2011-ci ildə yayımlanan "Həyat Davam edir" serialı ilə məşhurlaşan aktrisa Meltem Miraloğlu ABŞ-da pərəstişkarı tərəfindən hücuma məruz qalıb.
Muxalifet.az "Unikal"a istinadən xəbər verir ki, pərəstişkarı aktrisaya dəfələrlə eşqini etiraf edib. Hər dəfə yox cavabı olan kişi aktrisaya hücum edib.
Qabırğaları sınan Miraloğlu cərrahi müdaxilə ilə xilas edilib, səhhətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, aktrisa məşhurlaşdıqdan sonra özündən 48 yaş böyük ABŞ vətəndaşı ilə ailə həyatı qurub. Ərinin ölümündən sonra ABŞ-nin Nyu-Cersi ştatında məskunlaşan Meltem supermarketdə türk yeməklərini bişirməklə dolanır. Məlumata görə, o, bu dəfə özündən 40 yaş böyük 78 yaşlı Cozef adlı zəngin Amerikalı iş adamı ilə evlənməyə hazırlaşır.