ABŞ-dan gülünc PKK çağırışı: PUL TOPLAYIRLAR, MANE OLUN!

ABŞ Xarici İşlər Nazirliyinin Terrorla Mübarizə Koordinatoru Nathan Sales, dünyanın bir çox yerində PKK üçün pul toplandığını və ABŞ-ın buna qarşı mübarizə apardığını söyləyərək, “müttəfiqlərimiz də bununla mübarizə etməlidir” - deyib.
Nathan Sales, PKK-nın ABŞ tərəfindən terror siyahısına alınan ilk təşkilatlardan biri olduğuna diqqət çəkərək, “Müttəfiqlərimizə, sadəcə İŞİD və Əl-Kaidəyə qarşı deyil, eyni zamanda İran dəstəkli terror qruplarına və PKK-ya qarşı mübarizə etmələrini istəyirik” - deyib.
Nathan Sales, “The German Marşal” Adına Fondun Vaşinqton Ofisində "Terrorizmlə mübarizə və Atlantik sonrası əlaqələr" adlı paneldə çıxış edib.
PKK BİZİM ÜÇÜN BİR TERROR TƏŞKİLATIDIR
Terror təşkilatı PKK ilə bağlı bir suala Sales," ABŞ-ın PKK məsələsindəki mövqeyi bəllidir, 1997-ci ildə PKK-nı terror təşkilatı elan etdik. Hətta Hizbullah və Həmas ilə birlikdə terror təşkilatı olaraq elan etdiyimiz ilk təşkilatlardan biridir. Bizim üçün PKK-nın aid olduğu qrup budur”, deyib.
PKK ÜÇÜN PUL YIĞANLAR VAR, BUNA QARŞI MÜBARİZƏ APARMALIYIQ
Terror təşkilatı PKK ilə mübarizədə apardıqları danışıqlarına toxunan Sales, bu ifadələri işlədib:
PKK-nın maliyyələşməsinə qarşı ciddi bir mübarizə aparılmalı və digər ölkələrlə də bu yöndə əməkdaşlıq edilməlidir. Yalnız İŞİD və Əl-Kaidəyə qarşı deyil, eyni zamanda İran dəstəkli terror qruplarına və PKK-ya qarşı mövqe almalarını da deyirəm. Dünyanın bir çox yerində PKK-ya pul toplanır və ABŞ buna qarşı mübarizə edir, müttəfiqlərimizin də eynisini etməsini gözləyirik".
Müxalifət.az