ABŞ-dan İraqı böləcək yeni plan

ABŞ, Şimali Iraqda İKBY-nin paytaxtı Ərbildə dünyadakı ən böyük səfirlik binasını inşa edir. Bərzaninin 2017-dəki qanunsuzt referendumunu idarə edən Vaşinqtonun İraqı böləcək yeni ssenari üzərində çalışdığıbildirilir.
İsraildəki səfirliyini Qüdsə köçürərək böyük bir təxribata imza atan ABŞ, yeni bir oyun qurmağa çalışır. İraqın bölünməsi layihəsini yenidən dövrəyə buraxan ABŞ, Ərbildə dünyadakı ən böyük səfirlik binasını inşa edir. İraq Türkmən Cəbhəsinin Mətbuat Katibliyinin üzvü Hüseyn Ömər Bəyoğlu, "Ərbildə inşa edilən kompleks, konsulluqdan çox səfirlik standartlarına əsasən hazırlanır” - deyib.
İraq Kürdüstan Regional Rəhbərliyinin (IKBY) lideri Məsud Bərzaninin 25 sentyabr 2017-dəki qanunsuz referendumunu Suriyadakı "müstəmləkə valisi" Brett Makgurk və keçmiş Bağdad səfiri Zalmay Halilzad vasitəçiliyi ilə idarə edən ABŞ, yeni bir oyunu dövrəyə buraxıb. İsraildəki səfirliyini Qüdsə daşıyaraq böyük bir təxribata imza atan ABŞ-ın, bənzər bir təxribatı IKBY-nin paytaxtı Ərbildə də təşkil edəcəyi iddia edilir.
DƏYƏRİ 650 MİLYON DOLLAR
Əslində ABŞ, dünyanın ən böyük konsulluq binasını Ərbildə inşa edir. Dörd ildə başa çatdırılacaq kompleksin xərci 650 milyon dollar olaraq açıqlanıb. İraq Türkmən Cəbhəsindən Hüseyn Ömər Bəyoğlu, "ABŞ, Ərbillə bağlı bir sıra hesablar hazırlamaqdadır. ABŞ, sentyabr referendumundan sonra yenidən müstəqil Kürdüstan ssenarisinin səhnəyə qoya bilər" deyib.
Şimali İraqda 3 dəfə təxirə salınan parlament seçkiləri məsələsində ABŞ, Avropa və İsrailin bölgəyə marağının olduqca yüksək olduğunu qeyd edən Bəyoğlu, bunları söyləyib: "Növbəti prosesdə Ərbildə də Qüdsə bənzər bir təxribat təşəbbüsünü nümayiş etdirə bilərlər. ABŞ, dünya miqyasında fəaliyyət göstərən ən böyük konsulluğunu Ərbildə inşa edir və bu, heç də təsadüf deyil və uzağagedən planlardan xəbər verir. Ötən cümə keçirilən təməlqoyma mərasimində ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman da iştirak edib".
Əlamətdar səfər
Kərkükdə 12 mayda baş tutan İraq seçkilərinin səsvermə bülletenlərinin yenidən sayılmasının dayandırılması ilə bağlı qərarın məhz bu ərəfədə verilməsi diqqətlərdən qaçmayıb. Sayılma qərarının dayandırılması ilə İran İnqilab Keşikçilərinin Komandanı Qasım Süleymaninin Kərkükə səfərinin eyni zamanda olması "Türkmənlər əleyhinə çirkli ittifaq qurulub" kimi şərhləri meydana çıxarıb.
Müxalifət.az