ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq: DAYANDIRIN, YOXSA...

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Haley, Suriyada rejimin, ölkənin cənub qərbindəki atəşkəsi pozmasına son verməsinin lazım olduğunu bildirərək, "Rusiyadan, rolu olduğu atəşkəsin tətbiqi, rejimin pozuntularını dayandırmasını gözləyirik. Yoxsa, artan gərginliyin səbəbkarı Rusiya olacaq" - deyə, qeyd edib.
Nikki Haley etdiyi yazılı açıqlamada, Suriyada rejimin ölkənin cənub qərbindəki hərbi əməliyyatlarını artıraraq, ötən il Rusiya, ABŞ və İordaniya ilə varılan gərginliyin azaldılmasına qarşı atəşkəsi pozması ilə bağlı xəbərdarlıq edib.
Regionda keçirilən hava, varil bombaları və raket hücumlarının, münaqişənin yayılaraq atəşkəsi təhlükəyə atdığına və mülki əhalinin yerlərindən didərgin edilməsinə səbəb olduğuna diqqəti çəkən Nikki Haley, bunları qeyd edib:
“Rejimin, Suriyanın cənub qərbindəki atəşkəsi pozmasına son verməsi lazımdır. Rusiyadan, rolu olduğu atəşkəsin tətbiqi, cənub-qərbdə və bütün Suriyada gərginliyin daha çox artmaması üçün Suriya rejimi üzərindəki təsirini istifadə edərək, rejimin pozuntularını dayandırmasını gözləyirik. Yoxsa, artan gərginliyin səbəbkarı Rusiya olacaq".
Müxalifət.az