​ABŞ dünya nizamını dəyişdirməyə çalışır - Sergey Lavrov

Baxış sayı:
1357

ABŞ bir sıra beynəlxalq təşkilatdan çıxmaqla, dünya nizamını yenidən formalaşdırmağa cəhd edir.
Muxalifet.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“ABŞ birtərəfli qaydada raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması barədə razılaşmadan çıxdı. ABŞ əksər beynəlxalq razılaşmalardan çıxdı. Bu, dünya nizamının dəyişmək cəhdidir”, – deyə o bildirib.