ABŞ-la Türkiyə FETÖ-nun taleyini müəyyən edir - KRİTİK GÖRÜŞ

Baxış sayı:
7327

ABŞ nümayəndə heyəti FETÖ ilə əlaqəli Türkiyənin ABŞ-a təqdim etdiyi yeni sübutlar məsələsində müzakirə aparmaq üçün Ankaraya səfər edəcək. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, nümayəndə heyəti Türkiyəyə yanvarın 3-ü və 4-də səfər edəcək, Ədliyyə və Daxili İşlər nazirliklərində görüş keçirəcələr. Görüş zamanı ABŞ-ın Türkiyənin FETÖ ilə əlaqədar təqdim etdiyi yeni sübutlara münasibəti açıqlanacaq. Bundan başqa ABŞ tərəfi FETÖ-yə bağlı təşkilat və şəxslərin 18 ştatda çirkli pulların yumasıyla bağlı başlatdığı araşdırmadakı son vəziyyəti Türkiyə tərəfinə çatdıracaq.