ABŞ mətbuatında Fətullah Gülən xəbərdarlığı: ONU TÜRKİYƏYƏ VERİN

ABŞ-da 150-yə yaxın Türk-Amerika qeyri-hökumət təşkilatını birləşdirən Türk-Amerika İstiqamətləndirmə Komitəsi (TASC), “Vaşinqton Post” qəzetinə verdiyi tam səhifəlik yazıda qəzetin oxucularına FETÖ haqqında xəbərdarlıqlar edib və terrorçubaşı Gülənin qaytarılmasını istəyib.
TASC, 15 iyul dövlət çevrilişi cəhdinin 2-ci ildönümü səbəbiylə ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “Vaşinqton Post” tam səhifə yazı dərc etdirərək FETÖ haqqında xəbərdarlıqlar edib.
Xəbərdarlıqda, 15 iyul dövlət çevrilişi cəhdi zamanı Ankarada Böyük Millət Məclisi də daxil olmaqla, çox sayda dövlət binasının hədəf alındığına işarə edilib. Türk xalqının dövlət çevrilişçilərinə qarşı küçələrə çıxaraq tanklara müdaxilə etdiyini və 250-dən artıq adamın şəhid edildiyi və iki mindən çox insanın isə yaralandığı bildirilib.
Çevrilişçilərə əmirlərin ABŞ-ın Pensilvaniya ştatına bağlı Saylorsburg qəsəbəsində yaşayan terrorçubaşı Gülən tərəfindən verildiyi qeyd olunan yazıda, Gülən, Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə 1993-də təşkil olunan hücumdan dolayı ABŞ-da həbsdə olan Şeyx Ömər Əbdürrəhmana bənzədilib.
Yazıda, Şeyx Ömərin haqqındakı ittihamlardan dolayı həbs olunduğu, FETÖ başçısı Gülənin isə məhkəmə qarşısına hələ də çıxmadığı qeyd edilib.
Amerikalılardan Gülənin qaytarılması üçün təzyiq çağırışı edilən yazıda, təşkilatın ABŞ-da həyata keçirdiyi proqramlar haqqında da oxucuları xəbərdar edib.
Müxalifət.az