ABŞ NATO sammiti astanasında xəbərdarlıq etdi! - BÖHRAN DƏRİNLƏŞİR

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudoya məktub göndərərək, NATO-nun müdafiə xərclərində Kanadanın töfhəsini artırmaq çağırışı edib.
Kanadanın “Kanada Press” rəsmi informasiya agentliyinin xəbərinə görə, uyunun 19-u tarixdə göndərdiyi məktubda Tramp NATO-da müdafiə xərclərini artırmaq vədlərini yerinə yetirməyən müttəfiqlərin ABŞ-da məyusluq doğurduqlarını bildirib.
Trampın məktubunda yazılıb: “ABŞ NATO-nun birgə təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək məsələsindəki bacarıqsızlığına göz yummaq istəmir”. Tramp Kanadanın İraq, Suriya və Əfqanıstan ilə BMT sülhməramlı missiyaları daxil olmaqla dünyanın başqa yerlərindəki müdafiə yardımını təqdir etməklə yanaşı deyib: “Bu töfhələr NATO-nun ehtiyacı olan mənbələrə sahib olmasını təmin eləmək üçün öhdəliklərimizə əməl etməməli olmadığımız demək deyil. Dünya miqyasında təhlükəsizliyimizin ən qabiliyytəli müttəfiqlərindən və liderlərindən biri olan Kanadanın müdafiə xərcləri NATO-da 2 faizdən də kiçik məbləğdədir. Bu, ittifaqın təhlükəsizliyini zədələyir və eyni zamanda müdafiə xərclərini yerinə yetirməyən digər müttəfiqlər üçün də təşviq kimi görünür”.
Məktubunda gələn ay Brüsseldə keçiriləcək olan NATO sammitindən bəhs edən Tramp yazıb: “Sammitdə qəbul edilən öhdəliklərimizi yerinə yetirməklə ittifaq etimadımızı qoruya bilərik. Müdafiə investisiyası öhdəliyi üzərində razılaşdığımız hədəfləri yerinə yetirmək üçün Kanada tərəfindən güclü bir tövsiyə eşitməyi gözləyirəm”.
Kanadanın müdafiə naziri Harcit Sacan mətbuat katibi Rene Filiatro da məktub ilə bağlı açıqlamasında bildirib: “Kanada NATO-nun ittifaq qüvvələrinin bu günə qədər həyata keçirdiyi hər bir əməliyyatda iştirak eləməklə fəxr edir. Kanadanın dünyadakı NATO əməliyyatlarında iştirakı, ittifaqa olan bağlılığımızın isbatıdır”.
İki ölkə arasındakı münasibətlər bu ayın əvvəlində Kanadada keçirilən G7 liderlərinin sammitindən sonra gərildikdən sonra gələn məktuba Kanadanın baş naziri hələlik cavab göndərməyib.
Şərhçilərin fikrincə, ABD hökumətinin idxal polad və alüminiuma qarşı yeni gömrük tarifləri siyahısına Kanadanı da əlavə eləməsinin səbəb olduğu gərginlik aradan qaldırılmadan gələn məktub, NATO sammitinə mənfi təsir göstərə bilər.