ABŞ ordusunun qüdrəti: ondan istifadə… - Tramp

Baxış sayı:
6346

Ümid edirəm ki, bizim ölkəmizdə istehsal olunan möhtəşəm, dünyanın ən yaxşısı hesab olunan avadanlıqlardan heç vaxt istifadə etməyəcəyik.
Muxalifet.az axar.az istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Virciniya ştatında çıxışı zamanı deyib.
“Biz böyük Silahlı Qüvvələrimizi yenidən qurmaqla Amerikanın təhlükəsizliyini bərpa edirik. Bu il biz ordumuz üçün rekord həddə - 700 milyard dollar ayırmışıq. Gələn il bu rəqəm bütün zamanlardan daha çox - 716 milyarda bərabər olacaq. Silahlı Qüvvələrimizi yenidən qururuq. Biz ordumuzu heç olmadığı qədər miqyaslı, qüdrətli və güclü etməyə çalışırıq. Ümid edirəm ki, biz heç vaxt ondan istifadə etmək məcburiyyətində qalmayacağıq. ABŞ nə qədər güclü olarsa, ordudan istifadə etmək məcburiyyəti də bir o qədər az olacaqdır”, - Tramp bildirib.