ABŞ-Rusiya arasındakı 2 səhifəlik gizli mətndə nələr var?

Baxış sayı:
1531

ABŞ prezidenti Tramp, Rusiya prezidenti Putin ilə iyulun 16-da təkbətək görüşəcək.
 
Görüş ərəfəsində Moskvadan Vaşinqtona 2 səhifəlik bir sənəd çatdırılıb.
2 səhifəlik bu mətnin həlledici görüşdə əsas müzakirə olunacaq məsələləri məzmunu təxminən bəllidir.
Sənəddə qeyd olunanlar əsasən aşağıdakılardan ibarətdir:
1- Amerikanın Suriyadakı prioritet hədəfi İran təsirini azaltmaq və bunu müəyyən zaman kəsimində tamamilə təmizləməkdən ibarətdir. İran təsirini azaltma məsələsində Rusiyanın fəal yardımı tələb olunur.
2- Rusiya bu məsələdə təminat verərsə, Amerika, Əsədin getməsi şərtindən tamamilə imtina edəcəyi işarəsini verir.
3- Amerika qısa müddət ərzində Suriyadakı hərbi gücünü də tamamilə çəkəcək.
Vaşinqton İran məsələsində Rusiyanın yadımını ala bilsə, bu ifadə edilən addımların həyata keçirilməsinə başlanacaq.
Bu addımların Türkiyənin şimalı baxımından necə olacağı sənəddə dəqiq deyil.
 
YPG İLƏ BAĞLI NƏ OLACAQ?
 
Vaşinqtonda hazırda Trampın Putinə YPG ilə bağlı olaraq deyəcəyi müzakirə edilir:
1- Amerika, Suriyanın şimal şərqindən 2200 əsgərini çəkdikdən sonra YPG-nin Əsəd və Rusiya ilə birlikdə əməkdaşlığı tələb olunacaq. Bunu İsrailin də dəstəklədiyi vurğulanır. İsrail bir müddətdir ki, İran məsələsində Rusiya ilə də görüşürdü.
2- Rəhbərlikdə hazırda bu mövqeyi ən çox dəstəkləyənlərdən Brett Makgurk ilə, yaxında Türkiyə səfiri olması gözlənilən ABŞ Xarici İişlər Nazirliyinin Yaxın Şərq işləri üzrə məsul işçisi David Satterfield olduğu bildirilir.
Bu yanaşmaya Pentaqon daxilində dəstək verməyən CENTCOM komandirləri başda gəlir. Milli Təhlükəsizlik Şurasında də etirazları olanların olduğu danışılır.
Təbii ki, bu məsələlər Türkiyəni də çox yaxından maraqlandırdığı üçün zirvə görüşündən sonra Türkiyənin necə dövrəyə girəcəyi də Vaşinqtonda ciddi müzakirə edilir.
Müxalifət.az