ABŞ və Rusiyanın “Suriya” anlaşmasının detalları mətbuata sızdı

Baxış sayı:
1750

ABŞ mətbuatı, Finlandiyanın paytaxtı Helsinkidə bazar ertəsi günü görüşəcək ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Suriya mövzusundakı razılaşmasının detallarını yazıb. Həmin razılaşmaya görə, Rusiya Suriyadakı İran qüvvələrinin çəkilməsi qarşılığında ABŞ-dan öz qüvvələrini Suriyadan çəkmə sözü alacaq.
 
ABŞ-da nəşr olunan “The Washington Post” qəzetinin xəbərinə görə, İranın Suriyadan çıxması qarşılığında ABŞ da əsgərlərini çəkəcək. İranın Suriyadan çıxarılması tələbinin İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən tez-tez tələb edildiyi məlum olur.
“Vaşinqton Post” qəzetinin xəbərinə görə, Putin və Tramp arasında aylardır planlaşdırılan görüş zamanı gözlənilən anlaşmanın əsasını, Suriyada zorakılığa son qoyulması və qaçqınların evlərinə dönməsini sürətləndirəcək siyasi prosesi başlamaq təşkil edəcək.
Trampın Suriyanın şimal-şərqindəki təxminən 2200 əsgərini çəkəcəyinin vurğulandığı anlaşmada, Putinin əvəzində Suriyanın İordaniya və İsrail sərhədlərindəki İran varlığını məhdudlaşdıracağı ifadə edilib.
 
ƏSƏD REJİMi İLƏ TERROR TƏŞKİLATI YPG ƏMƏKDAŞLIĞL DETALI
 
Xəbərdə həmçinin, Pentaqonun dəstəklədiyi terror təşkilatı YPG/PKK-nın da Əsəd rejimi ilə birlikdə əməkdaşlığa cəlb ediləcəyi qeyd edilib.
Müxalifət.az