Adnan Oktarın ilk ifadəsi ortaya çıxdı!

Nəzarətə alınan Adnan Oktarın Çengelköydəki villasında dünən qazıntı aparılıb. Polis, şantaj və təhdidlə ayda 10 milyon dollara yaxın pul yığan təşkilatın yoxa çıxan 200 milyon TL-sini axtarır. İstintaq çərçivəsində Oktarın ilk ifadəsi də ortaya çıxıb.
Oktarın "Dəli deyiləm. Ağlım yerindədir, bununla bağlı 60-a qədər arayışım var" dediyi bəlli olub.
“Sabah” qəzetinin xəbərinə görə, İstanbul Polisində nəzarətə alınan Adnan Oktarın (62) Çengelköydəki villasında dünən detektorlarla axtarış aparılıb, qazıntı həyata keçirilib. Polis mənbələri təhdid, şantaj və çirklipul yuyularaq aylıq 10 milyon dollara yaxın gəlir əldə edən təşkilatın yox olan 200 milyon TL-nin aqibətini araşdırır.
Dindirmə təşkilatın maliyyə idarəsi də ifşa edilib. Təşkilat üzvləri adından 86 örtük şirkət quran Oktar, Avropadakı bəzi mühüm firmaların adı ilə əkiz firma açıb. Azərbaycan, Çin, Dubay və Qətər üzərindən örtük şirkətlər vasitəsilə ticarət aparılıb. Təşkilat aylıq 10 milyon dollara yaxın pul toplayıb. Təşkilat istifadə etdiyi villalara aylıq 200 min dollar icarə haqqı ödəyib. Polis villada yox olan 200 milyon TL və cinayət aləti olacaq dəlilləri axtarır.
ADNAN OKTARIN İLK İFADƏSİ
İstintaq çərçivəsində Oktarın ilk ifadəsi də ortaya çıxıb. Oktar izahatında "Dəli deyiləm. 60a yaxın “Ağıl sağlamlığı yerindədir” deyə, rəsmi arayışlarım var" deyib. Təşkilatda dünən 235 şübhəlinin 192-si yaxalanıb. 43 şübhəli axtarılır. İstintaqda zərərçəkənlərin sayı 82-yə çatıb.
Müxalifət.az