Adnan Oktarın Mossadla əlaqəsi ortaya çıxdı! İŞİN İÇİNDƏ 2 AZƏRBAYCANLI DA VAR

Dünən keçirilən əməliyyatla nəzarətə alınan Adnan Oktarın Mossadla əlaqəsi ortaya çıxıb.
İctimaiyyətdə “kedicikləri” ilə tanınan Adnan Oktarın şok edici fotoları ortaya çıxıb. İsrailli vəkillə bir neçə dəfə gizli görüşən Adnan Oktarın gizli məlumatları Mossad Kəşfiyyatına verdiyi müəyyən olunub. Bu il ərzində İsrailli vəkillə bir neçə dəfə görüşən Adnan Oktarın məlumatları Mossada verdiyi ifşa olunub. Aparılan bu görüşlərdən sonra Adnan Oktarın keçmiş illərdəki səfərləri də araşdırılacaq.
PUL MÜQABİLİNDƏ MƏLUMAT ÖTÜRÜBLƏR
“Milliyyət” qəzetinin xəbərinə görə, Azərbaycan əsilli iki hakerin pul qarşılığında Mossada məlumat ötürüldüyü də müəyyənləşdirilib. Milyon dolarlar qarşısında Mossad Kəşfiyyatının istədiyi məlumatları oğurlayan hakerler əvvəl bunu İsrailli vəkilə verir, oradan da Mossad Kəşfiyyat Xidmətinə ötürüblər.
Müxalifət.az