Adnan Oktarın qaçmaq üçün 3 planı olub - TƏFƏRRÜAT

İstanbulda nəzarətə alınan Adnan Oktarın 3 qaçış planı ortaya çıxıb.
Çirkli pul yuylması iddiasıyla 2 il əvvəl açılan bir istintaqda təqibə alınan Adnan Oktar ilə bağlı istintaq genişləndirilir.
“Habertürk”-ün xəbərinə görə, Üsküdardakı villasından yaxalanmamaq üçün qaçdığı və Sarıyerdə yaxalanan Oktarın 3 ayrı qaçış planının olduğu ortaya çıxıb.
OKTARIN YOL MARŞRUTU
Səhər erkən saatlarda başlayan əməliyyatda, Adnan Oktar, Üsküdar villasında həbs ediləcəkdi. İddialara görə, Oktar, Üsküdar villasına getməyə çalışarkən, həbs olunacağı məlumatını alıb. Bundan sonra yolunu dəyişib. Avtomobildə Didem Ürərlə birlikdə olduğu müəyyən olunan Oktar, Üsküdardakı Qəndilli bölgəsində yerləşən və "Dragos” kod adını verdiyi villasına getmək istəyib. Ancaq həbsi ilə bağlı məlumat alandan sonra geri dönərək Beykoz sahilə doğru getməyə başlayıb. Bu zaman onu izləyən xüsusi bir qrupun olmasından xəbərsiz olan Oktar, o bölgədən ayrılaraq Sarıyer istiqamətinə geri qayıdıb. Polis, Oktarın nə edəcəyini müəyyən etmək üçün onu Sarıyerə qədər izləyib. Sarıyerdə villasının olduğu müəyyən ediləndən sonra Oktarın həbs olunması üçün düyməyə basılıb və Didem Ürərlə birlikdə saxlanılıb.
1 KATER İKİ ARABA
Əməliyyatdan sonra Oktarın bu marşrutlarını araşdıran polis, önəmli detallar əldə edib. Detallara görə, Oktar, hər hansı bir polis hücumunda 3 qaçış planı hazırlayıb.
İddialara görə, Oktar, özü üçün mühüm olan Qəndillidəki villanın qarşısında xüsusi bir maşın saxlayıb. Bu avtomobilin özəlliyi, polis tərəfindən aşkar edilməməsi üçün yeni və heç istifadə olunmamış bir araba olması idi. İkinci qaçış nöqtəsi Qəndilli ərazisində sahildə gözləyən gəmi idi. Bu gəmi də avtomobil kimi heç istifadə olunmadığı üçün nəzarətdə olmadığı düşünülürdü. Son qaçış nöqtəsi isə Sarıyerdəki villasında gözləyən ikinci avtomobil idi. İddialara görə, Oktar, 2 avtomobil və gəmi üçün 24 saat sürücü və gəmi kapitanı işə alaraq gözlətdirirdi. İstintaq üçün gəmi və o iki maşına əl qoyulub.
Müxalifət.az