​Afina Türkiyəyə qarşı hərəkətə keçdi: NATO-ya şikayət

Baxış sayı:
6115

2 yunan əsgərinin Türkiyədə saxlanılmasından dolayı Yunanıstan Baş naziri Aleksis Çipras Brüsseldə təşkil ediləcək NATO sammitində Ankaradan ittifaq ölkələrinə şikayət ünvanlayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Yunanıstan hökumətinin sözçüsü Dimitris Tzanakopoulos deyib.
“Bu məsələ baş nazirimizin bütün açıqlamalarında və görüşlərində gündəmə gələcək. Əsgərlərin sərbəst buraxılması üçün maksimum təzyiq göstəriləcək”, - deyə sözçü bildirib.
Xatırladaq ki, martın 1-də Angelos Mitretodis ve Dimitris Kouklatzis Türkiyəyə qeyri-qanuni yolla daxil olmuş və hərbçilər tərəfindən saxlanılmışdı.