“Ağ dul” ləqəbli terrorçu qadın təhlükəsi: TÜRKİYƏ HƏDƏFDƏDİR

İngiltərə mətbuatı bu gün dəhşətli bir iddia ortaya atıb. 2005-ci ildə Londonda intihar hücumu təşkil edən terrorçunun hələ də axtarılan xanımı Samanta Lewthwaitein intiharçı qadınları yetişdirərək aralarında Türkiyənin də olduğu bir çox ölkəyə hücum hazırlığında olduğu iddia edilib.
2005-ci ildə İngiltərənin paytaxtı Londonda qorxunc bir terror hadisəsi baş vermişdi. Germaine Lindsay adlı radikal terrorçu intihar bombaçısı kimi hücum etmiş və 26 nəfəri öldürmüşdü. O vaxt yerli təhlükəsizlik qüvvələrinin əlindən qaçan Lindsayın xanımı Samanta Lewthwaite isə hələ də tapılmayıb.
Yamaykada doğulan Lindsay ilə evlənmək üçün həyatını dəyişdirən və 4 uşaq anası olan 34 yaşlı Lewthwaite-ə o dövrdə "ağ dul" ləqəbi verilmişdi. Dünən “ağ dul” qadınla bağlı dəhşətli bir iddia ortaya çıxıb. İlk olaraq İngiltərənin çox satılan qəzetlərindən “Daily Star Sunday”-in gündəmə gətirdiyi iddia İngilis mətbuatında geniş əks-səda doğurub. 34 yaşlı “ağ dul” ləqəbli terrorçunun bir qrup terrorçunu topladığı və bu adamların qadınlardan ibarət olduğu iddia edilib.
Qəzet, şifrlənmiş yazışmalar, telefon qeydləri və xarici xüsusi xidmət orqanlarının hesabatlarına əsaslandırdığı xəbərdə 30 terrorçu qadının İngiltərə, Yunanıstan, Türkiyə, Kipr, İspaniya Sahilləri və Hətta Kanar Adalarını hədəfə aldığı gündəmə gətirilib. Qəzet, qəddar terrorçunun digər qadınlara intihar bombası yeləklərinin düzəldilməsi və hücumun həyata keçirilmə yerləri haqqında təlim verdiyini yazıb. İngilis mətbuatı “ağ dul” ləqəbli Lewthwaite-nin Afrika və Orta Şərqdəki bir çox intihar hücumunun arxasında olduğunu yazıb.
Qəzetə danışan mənbələr “ağ dul” ləqəbli terrorçunun, daim qorumalarla gəzdiyini və yalnız az sayda qadına güvəndiyini deyib və terror üçün daha çox qadınlara üstünlük verməsinin də hücum ərəfəsində diqqət çəkməməsi ilə bağlı olduğunu bildiriblər.
Müxalifət.az