Ağcabədidə yol qəzası olub, ölən var
11-07-2018 09:22
Baxış sayı:
3367

Ağcabədi rayonunda “Mercedes” markalı yük maşını ilə “VAZ” markalı minik avtomobili toqquşub.
FHN-dən Muxalifet.az - a daxil olan məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvəllüdlü Əliyev Ülfət İbrahim oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.