Akif Əlizadə AMEA prezidenti vəzifəsinə TƏSDİQ EDİLDİ

Baxış sayı:
4726

Azərbaycan Prezidenti İlham Əliyev Akif Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Azərtac" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilib.