​AKP parlament sədri vəzifəsinə Binəli Yıldırımın namizədliyini irəli sürüb

Baxış sayı:
3904

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədini müəyyənləşdirib.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, AKP parlament sədri vəzifəsinə ölkənin sabiq və sonuncu baş naziri Binəli Yıldırımın namizədliyini irəli sürüb.
Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçki iyulun 12-də keçiriləcək. Məclis sədri seçiklmək üçün 400 deputatın səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmazsa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.