​Akşənərdən sərt xəbərdarlıq: Partiyanı tərk edin!

Baxış sayı:
1765

İYİ Partiya sədri Maral Akşənər ötən gün TBMM-in andiçmə mərasimi zamanı partiyasının bir sıra üzvlərinin MHP sədri Dövlət Baxçalıya hörmət əlaməti olaraq ayağa qalxmasına və partiyasının millət vəkili Həyati Arkazın Baxçalının əlini öpməsinə kəskin reaksiya verib.
Muxalifet.az xəbər verir ki, İYİ Partiyanın qrup toplantısında çıxış edən sədr partiya üzvlərinə sərt xəbərdarlıq edib.
“Mən siyasi nəzakət qaydalarını çox yaxşı bilirəm. Ancaq bu edilən siyasi nəzakət demək deyil. Partiyamıza FETÖ-çu, ipsiz-sapsız deyənlərə və hətta sədrin namusuna qədər söz deyənlərə belə hörmət göstərmək siyasi nəzakət deyil. Bizim prinsiplərimizə sadiq olacaqlar yanımızda qala bilər. Riayət etməyənlər isə dərhal İYİ Partiyanı tərk etsinlər”, - Akşənər bildirib.