Almaniyada paxmellə bağlı rəsmi qərar
25-09-2019 08:32
Baxış sayı:
10450

Almaniyanın Frankfurt şəhərinin məhkəməsi öz qərarı ilə "paxmel" olmağı xəstəlik kimi tanıdı.
Bir Almaniya vətəndaşı suda həll olunan “antipaxmel” tozlarını istehsal edən şirkəti məhkəməyə verib. İddiaçı hesab edib ki, məhsulların üstündə onların müalicəvi effektə malik olması yazısı həqiqətə uyğun deyil.
Məhkəmə isə qərara alıb ki, insan orqanizminin fəaliyyətinə təsir göstərən yorğunluq, ürək bulanması, baş ağrısı və digər müvəqqəti pozuntuları xəstəlik kimi qəbul etmək olar - bununla da şirkətin vəd etdiyi müalicəni onun məhsulları yerinə yetirir.