Almaniyanın Türk futbolçusu Mesut Özilə təzyiq

Almaniya Futbol Federasiyasının rəhbəri Reinhard Grindel, Türk əsilli milli futbolçu Mesut Özilin ictimaiyyət qarşısında açıqlama verməsini istəyib.
Grindel, “Kicker” jurnalına verdiyi açıqlamada, Mesut Özilin indiyə qədər açıqlama vermədiyi üçün artıq sualları cavablandırmasını gözləyən bir çox tərəfdarı xəyal qırıqlığına məruz qoyduğunu irəli sürüb.
“Buna görə, Mesutun tətildən qayıtdıqdan sonra öz marağı üçün də ictimaiyyət qarşısında açıqlama verməsinə ehtiyac var" deyən Grindel, “Mesutun səhv etdiyini iddia etməklə bərabər, Türk əsilli oyunçuya şans verməyin ədalətli olduğunu bildirib.
Grindel, Mesut Özil və İlkay Gündoğanın Almaniya Milli Yığmasında gələcəyinin olub olmadığına dair suala, "Hər şeydən əvvəl milli komandanın baş məşqçisinin təhlili vacibdir. Həqiqətən Özilin açıqlamasının azarkeşlərin və federasiyanın suallarını cavablandıracaq şəkildə dəqiq olmasını ümid edirəm" deyə, cavab verib.
Qeyd edək ki, İngiltərə Premier Liqasında oynayan Türk futbolçular Cek Tosun, Mesut Özil və İlkay Gündoğan, may ayında prezident Rəcəb Tayyib Ərdoğan ilə Londonda görüşərək fotoşəkil çəkdirmiş və formalarını hədiyyə etmişdilər.
Bu fotoşəkildən sonra Almaniyada Mesut Özil və İlkay Gündoğana linç kampaniyasını başladan iradlar edilmişdi. Futbol Federasiyası da bu kontekstdə azarkeşlərin tənqidinə məruz qalmışdı.
Müxalifət.az