AŞPA-dan sürpriz Türkiyə çıxışı: AVROPA BUNU BACARA BİLMƏZ

AŞPA-nın Türkiyə üzrə məruzəçisi Mikko, "Türkiyədəki ənənəvi demokratiyanı Rusiya ilə müqayisə etmək səhv olardı. Türkiyənin diktaturaya doğru meyl etdiyini deyənlərlə qətiyyən razı deyiləm. Seçkilərə 88 faiz seçici qatılması, heç bir Avropa ölkəsində, hətta dünyada belə görülməsi asan olan bir nisbət deyil" deyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə üzrə məruzəçisi Marianna Mikko, 24 iyunda keçirilən prezident və 27-ci dövr parlament seçkilərinə dair açıqlama verib.
DÜNYADA BELƏ ASAN GÖRÜNMƏYƏN BİR NİSBƏT
Alman mətbuatına danışan Estoniyalı sosial demokrat Mikko, Türkiyənin diktaturaya meyl etdiyini deyənlərlə razı olmadığını ifadə edərək, “Türkiyədəki ənənəvi demokratiyanı Rusiya ilə müqayisə etmək səhv olardı. Seçkilərə 88 faizlik seçici qatılması, heç bir Avropa ölkəsində, hətta dünyada belə görülməsi asan olmayan bir nisbətdir" deyib.
Səsvermə prosesini Diyarbəkirdə müşahidə etdiyini bildirən Mikko, "Seçki müşahidə missiyamız gözəl keçdi. AŞPA olaraq müxtəlif siyasi qruplardan 35 deputatla yerində müşahidə etmişik. Türk hökuməti və görüşdüyümüz bütün Türklərlə harmoniya içində çalışdıq. Bizə çox kömək oldular" deyib.
Mikko, bu açıqlamalardan sonar AKP hakimiyyətinin də boynuna bəzi öhdəliklər qoyub:"Seçkilər keçirilib, qaliblər müəyyəndir. İlk olaraq, söz verildiyi kimi, fövqəladə vəziyyətin ləğv olunması və Selahattin Demirtaş kimi məhbusların azadlığa buraxılmasına ümid edirik".
Müxalifət.az