Atatürkün qərargahını AZAD SURİYA ORDUSU QORUYACAQ

YPG-li terrorçuların yandırmaq istədiyi Atatürkün 1918-də İngilis Ordusuna qarşı lokal müqaviməti qurub, idarə etdiyi Afrindəki malikanəni, bundan sonra Azad Suriya Ordusuna ()ASO bağlı Həmzə Briqadası qoruyacaq.
Atatürkün 1918-də Osmanlı Ordusu komandanı olaraq yerli müqaviməti təşkil etməyə və idarə etməyə getdiyi Afrində qərargah olaraq istifadə etdiyi malikanə qoruma altına alınıb. Türk xalqı üçün mənəvi dəyəri olan malikanə bir müddət əvvəl bölgədəki PKK/YPG-li terrorçular tərəfindən yandırılmaq istənmişdi.
Bir hissəsi baxımsızlıqdan dağılan qərargahın mənəvi dəyəri önə çıxanda ASO birliklərindən regionda ən fəal qrup olan və Afrinə ilk girən qruplar arasında yer alan Həmzə Briqadası, malikanə və ətrafını nəzarət altına alıb. Afrinin Raco qəsəbəsi, Hacı Xəlil kəndində yerləşən və Atatürkün qərargahı kimi istifadə olunan malikanəyə Həmzə Briqadasının Türkmən komandanı Basravi Süleyman tərəfindən xüsusi təlim görmüş bir Xüsusi Qüvvələr Birliyi göndərilib. Həmzə Briqadasına bağlı Xüsusi Təyinatlı Qrupun evi PKK/YPG-li terrorçulardan hər cür təhlükəyə qarşı qoruyacağı bildirilib.
Müxalifət.az