Aviaşou zamanı təyyarə qəzaya uğradı - KANADADA

Baxış sayı:
3842

Kanadanın Alberta şəhərində aviaşou zamanı baş verən kiçik təyyarə qəzasında bir nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı bildirib.

Məlumata əsasən, hadisə yarmarkanın keçirildiyi Smit şəhəri yaxınlığında baş verib.

Kanada Nəqliyyat Nazirliyinin əməkdaşları araşdırmaya başlayıb.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.