AVRO-2020: Danimarkalı futbolçu meydanda huşunu itirdi, oyun təxirə salındı - FOTOLAR, VİDEO / Yenilənib

Baxış sayı:
3770

Danimarka – Finlandiya matçının 42-ci dəqiqəsində huşunu itirən Kristian Eriksenə görə matçın təxirə salınması barədə qərar verildi.

Bu matçın yenidən nə vaxt bərpa olunacağı bilinmir.

Xatırladaq ki, oyunun ilk hissəsinin son dəqiqələrində Danimarka millisinin ulduz futbolçusu, İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Kristian Eriksen huşunu itirib.

Baş hakim Endi Teylor oyunun dayandırılması barədə qərar verib.

Hazırda Kristian Eriksen xərəkdə stadiondan çıxarılıb. Bu səbəbdən oyunda məcburi dayanma baş verib. 

29 yaşlı idmançının özünə gəlməsi üçün həkimlər əlindən gələni edir.

***

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

İlk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb.

Hazırda görüş dayandırılıb və meydanın içərisində yarımmüdafiəçinin müalicəsi davam etdirilir.

Qarşılaşmada hesab açılmayıb.