Avropa ABŞ-ın “gömrük zərbəsinə” hazırlaşır
6-07-2018 11:29
Baxış sayı:
5236

Avropa Birliyi xarici ölkələrdən alyans ərazisinə polad idxalına qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar qəbul edib.
Muxalifət.az xəbər verir ki, qərarın ABŞ-da istehsal edilən polada qarşı yönəlmədiyi bildirilib. Belə ki, AB bununla ABŞ-ın yeni gömrük rüsumları tətbiqindən sonra birlik ərazisinə idxalın artmasının qarşısını almağı planlaşdırıb:
“AB polad idxalını əvvəlki səviyyədə saxlamaq istəyir. Brüssel ABŞ kimi böyük bazardan məhrum olan istehsalçıların çıxış yolu kimi AB-ni görəcəklərindən qorxur. Brüssel polad tədarükünə kvotanı əvvəlki illərin statistikasına əsasən müəyyən edəcək”.