Avropa İttifaqı BİR İL İÇİNDƏ DAĞILA BİLƏR

İtaliyanın naş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini, Avropa Birliyinin (Aİ) gələcəyinin təhlükədə olduğunu və qarşıdakı bir il ərzində müəyyənləşəcəyini deyib.
Salvini,Almaniyanın “Der Spiegel” jurnalına verdiyi açıqlamasında "Avropanın birliyə davam edib etməyəcəyi bir il ərzində məlum olacaq" - deyib.
Ölkəsinin artıq köçkünləri qəbul etməyəcəyini bildirən İtaliyalı nazir, "Tək bir nəfər belə ala bilmərik. Əksinə, bir neçəsini bir yerlərə göndərmək istədik" deyib.
Qeyd edək ki, Salvini ötən çərşənbə günü etdiyi açıqlamada, Avropa Komissiyası ilə işçi görüşündə köçkün problemini həll etməyə yönəlik yol xəritəsini təqdim etmək sözünü vermişdi. Xəritənin dörd əsas maddələri: Avropa sərhəd qoruma agentliyi Frontexin gücləndirilməsi, miqrasiya təzyiqinin azaldılması üçün Şimali Afrika ölkələri ilə sazişlərin həyata keçirilməsi, qaçqınların qəbulu sisteminin yaradılması və qanunsuz miqrantların ölkələrinə göndərilməsi prosesinin sürətləndirilməsi.
Ötən həftə İtaliya, 629 qaçqını daşıyan qeyri-hökumət təşkilatı SOS Mediterraneenin Aquarius adlı gəmisinə limanlarına yanaşma icazə verməmişdi.
Makronun İtaliyanın bu hərəkətini "gülünc və məsuliyyətsizlik nümunəsi" - deyə qiymətləndirməsi və partiyası Respublika Yürüşünün İtaliyanın miqrasiya siyasəti haqqında "ürəkbulandıran" ifadəsi işlətməsi, iki ölkə arasında böhrana səbəb olmuşdu.
İtaliya hökuməti, Fransadan verilən bu açıqlamalara cavab olaraq "qaçqınlar məsələsində hər zaman üzünü başqa səmtə çevirməyi üstün tutan ölkələrdən riyakar ağıl almaq niyyətində olmadıqlarını” qeyd etmişdi.
Ancaq sonradan İtaliyanın baş naziri Giuseppe Conte və Fransa prezidenti Emmanuel Makron bir araya gələrək münaqişələrə həll tapmağı bacarmışdı.
Müxalifət.az