Axtarış

The search found 105828 results in 0.032 seconds.

Search results

  1. Baş nazirin müavinləri də vəzifədən azad oluna bilər

    Novruz Məmmədov Baş nazir vəzifəsindən azad edildikdən sonra Nazirlər Kabinetində müavin postlarında da əvəzlənmələrin olacağı gözlənilir. 

    Yenisabah.az xəbər verir ki, yeni Baş nazir Əli Əsədovun ilk işi müavinlərinin əvəzlənməsi istiqamətində atacağı addımlar ola bilər. Hazırda Baş nazirin dörd müavini var: Yaqub Eyyubov (birinci müavin), Əli Həsənov, Əli Əhmədov və Hacıbala Abutalıbov.

    Muxalifet - 9-10-2019

  2. "“Amin”in sədaları altında qab yumağa utanıram" - Mərhum bəstəkarın ailəsi ölkəni tərk edir

    “Evin yaxınlığındakı kafeyə müraciət elədim, qabyuyan kimi işə düzəlmək üçün. Sahibi dedi Tahir müəllimin altmış yaşlı xanımına qab yudurda, döşəmə sildirə, ofisiant kimi işə götürə bilmərik. Daha yolum qalmadı. Bəstəkarlar İttifaqı, nazirliklər gəzməkdən, vəzifəlilərin qapılarının ağzında durmaqdan, yalvarmaqdan usandım. Utanıram mənə ianə kimi nəsə uzadılanda. Xəcalət çəkirəm kiməsə çörəkpulu, ya da hansısa problemin həlli üçün müraciət edəndə. Abırdan düşmüşəm. Nə özümə, nə qızıma bu boyda ölkədə iş tapa bilmədim. Ağız açmadığım adam yoxdu.

    Muxalifet - 9-10-2019

  3. Eks-nazir danışdı: "30 ildə birinin qeyrəti çatıb demədi ki..."

    "İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır".
    Muxalifet.az
    xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilov ölkədə test üsulunun tarixçəsi ilə bağlı suala cavab verərkən bakupost.az-a deyib.
    O, hələ keçmiş baş nazir Rəhim Hüseynovun müavini işlədiyi vaxtda bu haqda düşündüyünü bildirib:

    Muxalifet - 9-10-2019

  4. ŞOK: Azərbaycanlı müğənni Kardaşyanın bacısını KLİPİNƏ ÇƏKDİ - VİDEO

    Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Bəxtiyar Məmmədov (Jah Khalib) klipinə erməni əsilli model Kim Kardaşyanın bacısını çəkib.
    “Ölkə.Az”  xəbər verir ki, Jah Xalib kimi tanınan müğənninin yeni işində tərəf müqabili model Kendal Cenner olub.
    Qeyd edək ki, Bəxtiyar Məmmədov azərbaycan əsilli müğənnidir. Onun atası azərbaycanlı, anası isə qazaxıstanlıdır. Bəzi mənbələrə  görə, Bəxtiyarın atası Azərbaycanın  Salyan şəhərindəndir.

    Muxalifet - 9-10-2019

  5. ​“ABŞ-ın kürdlərə dəstək verməkdən imtina etməsi xəyanət və Yaxın Şərqdə məğlubiyyətidir” - Le Figaro

    “Tpamp kürd müttəfiqlərini taleyin ixtiyarına buraxdı və indi onlar türk ordusu ilə təkbətək qalıblar”.

    Muxalifet4 - 9-10-2019

  6. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”

    Azərbaycanın ən iri tikinti maqnatlarından biri olan və “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun şirkətinin vətəndaşdan rəsmi müqavilə ilə aldığı 346 min ABŞ dollarını mənimsədiyi iddia olunur.

    Muxalifet - 9-10-2019

  7. NİYƏ YAŞLI MÜƏLLİMLƏR, CAVAN MÜƏLLİMLƏRDƏN DAHA "ZƏİF"DİRLƏR? - “Təhsil Araşdırmalar Mərkəzi”nin araşdırması...

    Qeyd etməliyik ki, “Təhsil Araşdırmaları Mərkəzi”nin məktəblərdə monitorinq və araşdırmaları çərçivəsində bir sıra nəticələr əldə etmişik. Nəticələr, əslində, olduqca ciddi və kritik faktları ortaya çıxarıbdır! Yaxın zamanda, xüsusi hesabat formasında və mətbuat üçün hissələr halında açıqlayacağımızı bildirmək istərdik. Bu araşdırmada isə ümumən təhsilimizdəki problematik məsələlərdən biri üzərində dayanacağıq: Niyə əksər yaşlı müəllimlər, zəif və ya yetərsiz olduqları halda, özlərini “ən güclü” və “üstün” müəllim hesab edirlər?

    Muxalifet4 - 9-10-2019

  8. SON DƏQİQƏ: Ərdoğan elan etdi, Türkiyə rəsmən MÜHARİBƏYƏ BAŞLADI

    Türkiyə Fəratın şərqində hərbi əməliyyatların başladığını rəsmən elan edib. Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyip Ərdoğan sosial şəbəkə hesabında məlumat yayıb. “Silahlı Qüvvələrimiz Suriya Milli ordusu ilə birlikdə Suriyanın şimalında PKK\YPG və İŞİD terror təşkilatlarına qarşı Sülh Bulağı Əməliyyatına başlamışdır. Məqsədimiz cənub sərhədlərimizdə yaradılması planlaşdırılan terror dəhlizini yox etmək, bölgəyə sülh və sabitlik gətirməkdir. Sülh Bulağı Əməliyyatı ilə ölkəmizə qarşı olan terror təhlükəsini aradan qaldıracağıq.

    Muxalifet - 9-10-2019

  9. Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatdı - FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deprtamentindən verilən məlumata görə, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 m/s-dək güclənib, dalğanın hündürlüyü 2,8 metrə çatıb.

    Muxalifet - 9-10-2019

  10. Çinli turist planı “kitayski” çıxdı? - “Azı 10 dəfəyədək uduzuruq”

    Martın 1-də Pekində Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin ölkəmizə qrup səfərlərinin sadələşdirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Azərbaycan tərəfdən agentliyin sədri Fuad Nağıyev qeyd edib ki, yeni müqaviləyə əsasən, yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər.

    Muxalifet - 9-10-2019

  11. Müsavat Partiyasının qurultayının vaxtı dəyişdirilib

    Müsavat Partiyasının qurultayı oktyabrın 12-də deyil, 13-də keçiriləcək.

    “Report” xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı – başqanlığa namizəd Arif Hacılı namizədlərin debatında deyib.

    O deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində Müsavat Partiyasının qurultayının keçirilməsinə yer ayrılması üçün etdiyi müraciətə baxılıb.

    Qurultayın oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

    Muxalifet - 9-10-2019

  12. ABŞ-dan Türkiyəyə qarşı BÖYÜK TƏLƏ: Suriyaya girən təyyarələr...

    Pentaqon Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyata maneələr yaratmağa çalışır. Bu barədə müdafiə siyasəti üzrə ekspert Turan Oğuz Pentaqon sözçüsü Karla Qlesonun “Türkiyə Suriyadakı Hava Əməliyyatları Əmrindən çıxarıldığı üçün bölgədə koordinasiyasız uçması mümkün deyil” sözlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Pentaqonun bu açıqlamasında 4 fərqli amil var: “1. Hava Əməliyyatları Əmrindən çıxarılması; 2. Kəşfiyyat məlumatlarının əldə edilməsinin dayandırılması; 3. Hava sahəsinin bağlanılması; 4. Koordinasiyalı uçuş.

    Muxalifet - 9-10-2019

  13. Latviyada minimal təqaüd Azərbaycandan iki dəfə azdır - CƏMİ 70 AVRO…

    Latviya Maliyyə Nazirliyi bir neçə ildir büdcə xərclərini ilin sonunda ardıcıl olaraq dərc edir.

    Haqqin.az-ın xüsusi müxbiri Vladimir Reşetov bildirir ki, bu hesabata əsasən 2019-cu ildə Latviyanın ümumi büdcəsi 9 milyard avrodan çox olub. Əhalinin sosial müdafiəsi üçün 35 faiz və ya 3 milyard avrodan çox vəsait ayrılıb. Bir milyarddan bir az çoxu səhiyyə sisteminə yönəldilib. Təhsil üçün isə təxminən 800 milyon xərclənib.

    Muxalifet - 9-10-2019

  14. "Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib" - Rusiyalı deputat

    "Əli Əsədov illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevə, xalqına sədaqətini sübuta yetirmiş bir peşəkardır. Heç şübhəsiz, İlham Əliyevə dahi atası, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yolunu davam etdirməyə iqtisadi müstəvidə kömək edəcək”.
    Bu barədə "Report”un Rusiya bürosuna Rusiya Dövlət Duması Federal Məclisinin beynəlxalq işləri komitəsinin sədri Leonid Slutskiy bildirib.

    Muxalifet - 9-10-2019

  15. ​Rusiya Navalnını "xarici agent" elan etdi – MÜXALİFƏT LİDERİNƏ QADAĞA

    Muxalifet.az “AL JAZEERA”-yə istinadən xəbər verir ki, Rusiya rəsmiləri  hələ 2012-ci ildən xarici dövlətlər üçün casusluq edən təşkilatların siyahısını hazırlayıb. Bu qanun layihəsi insan hüquqlarını müdafiə edən təşkilatların da daxil olduğu bir çox qurumların fəaliyyətini məhdudlaşdırıb.

    Maraqlıdır ki, müxalifət lideri Aleksey Navalnı da bu siyahıya salınıb. Dövlət rəsmiləri haqda səs-küylü araşdırmaları ilə tanınan Navalnının Anti-Korrupsiya Fondu bundan sonra güclü nəzarət altında olacaq və rəsmi sənədlərdə "xarici agent" kimi təqdim olunacaq.

    Muxalifet4 - 9-10-2019

  16. BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirləri Türkiyə XİN-ə çağırılıb

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına üzv olan dövlətlərin Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy bildirib. Nazirlik rəsmisi qeyd edib ki, diplomatların XİN-ə çağırılmasında məqsəd Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış bulağı” adlı hərbi əməliyyatlar barədə səfirləri məlumatlandırmaqdır.

    Muxalifet - 9-10-2019

  17. Türkiyə hücuma keçdi, minlərlə İŞİD-çinin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

    ABŞ Prezidenti Donald Trampın “Bizə və vergi ödəyicilərinə yük olurlar” dediyi İŞİD-çilərin videosu ortaya çıxıb.
    Londonda nəşr edilən “The Times” qəzeti Suriyadakı həbsxanada saxlanılan 5 min İŞİD-çi haqqında informasiya toplayıb və ilk dəfə olaraq onların görüntüsünü yayıb.

    Muxalifet - 9-10-2019

  18. “ABŞ Yaxın Şərqdəki müharibələrə 8 trilyon dollar sərf edib” – Donald Tramp

    “ABŞ Yaxın Şərqdə müharibə apararaq, qayda-qanunu qoruyaraq 8 trilyon dollar vəsait sərf edib”.

    “Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter”dəki hesabında yazıb.

    Muxalifet - 9-10-2019

  19. Şvartsenegger Rusiyada universitetin fəxri professoru oldu

    Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartsenegger Rusiyanın "Sinerqiya" universitetinin fəxri professoru adına layiq görülüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Moskva 24" saytı ali təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.
    "Şvartsenegger bir çox insanlar üçün müəllimdir - kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə", - rektor Artyom Vasilyev deyib.

    Muxalifet - 9-10-2019

  20. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...

    İşğalçı ölkənin baş naziri N.Paşinyan “Mənim addımım” fraksiyası ilə üç saatlıq qapalı görüş keçirib. Bu haqda Ermənistann “Johovurd” qəzeti yazıb. İclasda Amulsar mədənləri, Ermənistan polisindəki struktur dəyişiklikləri, sonuncu Aİ sammiti, daxili siyasi məsələlər və Konstitusiya Məhkəməsinin gələcək sədri haqqında danışılması rəsmi olaraq elan edilsə də, nəşr bu məxfi iclasın bəzi gizli təfərrüatları barədə də məlumat əldə edib. "Əvvəla, qeyd edək ki, baş nazirə sual vermək üçün qeydiyyatdan keçənlərin sayı çox olub.

    Muxalifet - 9-10-2019

Pages