Axtarış
The search found 105724 results in 0.008 seconds.
Search results
Brejnevin ayaqqabıları... - QAYDASIZ GÜLÜŞ
- Leonid İliç, Azərbaycana xoş gəlmisiniz.
- Mən Azərbaycana hələ 1982-ci ildə xoş gəlmişdim. Onda da demişdim, indi də deyirəm, Azərbaycan iri addımlarla irəliləyir.
Beləliklə, Modern.az-ın yeni “Qaydasız gülüş” rubrikasının ilk “qonağı” Leonid İliç Brejnevdir.
18 il SSRİ-yə rəhbərlik etmiş Leonid İliç Brejnev yaddaşlarda təkcə durğunluq illərinin müəllifi kimi deyil, həm də bir az baməzə, bir az maraqlı, bəlkə də bir az qeyri-ciddi siyasi lider kimi qalıb. Sözsüz ki, bütün bunların nəticəsində də yarıciddi, yarızarafat lətifələr meydana çıxıb.Muxalifet - 7-05-2017
MTN-in həbs etdiyi şəxs məhkəmədə azadlığa buraxılıb
Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kompyuter sisteminə qanunsuz daxil olma və bir neçə cinayətdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Musayevin barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.Muxalifet - 8-05-2017
Azərbaycanda ermənilərə xidmət edən sayt rəhbəri - SENSASİON AÇIQLAMA
“Bu gün erməni agenturasından danışırıq, hələ mən 2016-cı ildə Bakıda ermənilərin Azərbaycan mediasında özlərini möhkəmlətməsi haqqında danışanda heç kim reaksiya vermirdi. Ermənilər Rusiya üzərindən Azərbaycan mediasına nəzarət götürülməsini deyirəm”.
Muxalifet.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Mürtəza Bünyadlı özünün Facebook səhifəsində yazıb.Muxalifet2 - 8-05-2017
Xalq şairi 8 qətldə günahlandırılan azərbaycanlı oliqarxa şer yazdı: “Yoxsa ölülər gələcək dalınca...”
Xəbər verildiyi kimi hazırda müflis vəziyyətdə olan və 1.5 milyard dollara yaxın borcu yaranan azərbaycanlı oliqarx Telman İsmayılov azı 8 sifarişli qətldə şübhəli hesab edilir. Rusiya mətbuatının yazdığına görə, T.İsmayılov 2000-2016-cı illər ərzində törədilmiş sifarişli qətllər üzrə aparılan istintaqda fiqurantdır. İstintaqa Telman İsmayılovun əleyhinə ifadəni İsmayılovlar ailəsinə mənsub olan Harri Belotserkovski verib.
Muxalifet2 - 8-05-2017
Azərbaycanlı bələdiyyə nümayəndəsi həbs olundu - RÜŞVƏTƏ GÖRƏ
Gürcüstanıın Marneuli bələdiyyəsi sədrinin Qullar kəndi üzrə nümayəndəsi olan azərbaycanlı rüşvətə görə saxlanılıb.
APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin apardığı operativ axtarış və istintaq tədbirləri nəticəsində bələdiyyə nümayəndəsi Qəşəm Qarayev həbs olunub.Muxalifet3 - 8-05-2017
Sabiq MTN-çi casus şəbəkəsi haqda...
İlham İsmayıl: Təəccüblüsü cəlb olunanların sayının həddən çox olmasıdır
Muxalifet - 8-05-2017
Siyasi partiyalar KXCP-də toplaşdı
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının ofisində Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində təmsil olunan partiyaların toplantısı keçirilib.
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, toplantıda bir neçə məsələ müzakirə edilib:
“Əsasən, ölkə və onun ətrafında baş verən mühüm məsələləri müzakirə etdik. Eyni zamanda ötən gün Azərbaycan hüquq mühafizə orqanlarının birgə verdiyi bəyanat, bir sıra hərbi qulluqçu və mülkü vətəndaşların düşmən tərəfindən ələ alınmasına dair məsələ haqqında da fikir mübadiləsi aparıldı”.Muxalifet - 8-05-2017
Reket saytlara qarşı cəza tətbiq olunacaq
Mətbuat Şurası reket saytlarla bağlı araşdırmalara başladı
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.Muxalifet - 8-05-2017
Azərbaycanlı siyasi fəal Gürcüstandan çıxarılır
Tbilisi Şəhər Apellyasiya Məhkəməsi Daşqın Ağalarlıya oturma hüququnun verilməsi barədə Tbilisi Şəhər Məhkəməsinin qərarını ləğv edib. O, bir ay müddətində Gürcüstanı tərk etməlidir. Bu barədə Turan-a NİDA Hərəkatının fəalı Əfqan Muxtarlı bildirib.
“Artıq həmin qərar Daşqın Ağalarlıya təqdim edilib”, - Ə.Muxtarlı bildirib.
Onun sözlərinə görə, BMT Qaçqınlar üzrə Ali Komissarlığı da onun 3-cü ölkəyə göndərilməsindən imtina edib.
“Daşqın Ağalarlının Azərbaycana qayıtması həyatı üçün təhlükədir”, - Ə.Muxtarlı hesab edir.Muxalifet - 8-05-2017
Azərbaycanda “unikal” bir yoxsulluq yaranıb
Bu günlərdə parlamentin orqanı olan "Azərbaycan" qəzetində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun milli sosial təminat sisyteminin islahatı, bu sahədə dövlət tərəfindən görülən tədbirlər barədə geniş məqaləsi dərc olunub.
Muxalifet - 8-05-2017
Almaniya türk hərbçilərə qaçqın statusu verməyə başlayıb - FETOÇULARA
Hazırda neçə nəfərin qaçqın statusu aldığı məlum deyil
Almaniyada türk hərbçilər və onların ailələrinə siyasi qaçqın statusu verilməsinə başlanılıb.
Bu barədə "Sueddeutsche Zeitung" nəşri yazıb.
Hazırda neçə nəfərə bu statusun verildiyi dəqiq məlumat deyil.
Almaniyanın Daxili İşlər Nazirliyi bundan əvvəl idarəyə müvafiq statusun təqdim edilməsi ilə bağlı 262 sorğunun göndərildiyini təsdiq edib. Onların hamısı 2016-cı ilin iyulunda Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra müxtəlif vaxtlarda göndərilib.Muxalifet - 9-05-2017
Baş nazirdən İsrailə eyham - "QÜDS SİZİN OLA BİLMƏZ"
Qüds sevgisi yaddaşlardan silinə bilməz.
Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Beynəlxalq Qüds Vəqfinin toplantısında çıxışı zamanı deyib.
“Bu ümmət ilk qibləsini unutmaz. Bu müqəddəs torpaqlar sahibsiz qala bilməz. Bu torpaqlar müsəlmansız qalmaz. 14 əsrdir İslamın olan Qüdsün dünyanın qəbul etmədiyi işğalla alınması və bəşəriyyətin ortaq mirası olmaqdan çıxarılması qəbuledilməzdir”, - baş nazir bildirib.Muxalifet - 9-05-2017
Dilimiz nə deyir? - MARAQLI FAKTLAR
"Metro" qəzeti yazır ki, burada söhbət dilin danışaraq nə deməsindən yox, onun rəngindən, vəziyyətindən və başqa hallarından gedir.
Həkimlər elə buna görə də bizə bəzən "lütfən dilinizi çıxarın" deyirlər.
Belə hallarda dil bizim özümüzə də bəlli olmayan sirlərimizi aça bilər.Dilin yanması
"Dilim ağzımda yanır" ifadəsi tamamilə doğrudur və bu, adətən menopauzadan sonra qadınlarda olur.
Əlbəttə, qaynar çay və qəhvə, siqaret də dilin yanmasına səbəb ola bilər.Çəhrayı dil
Muxalifet - 9-05-2017
Lujkov milyarder arvadı ilə Ermənistandan keçib Gürcüstanı gəzdi - QALMAQAL
Gürcüstanda keçmiş Moskva meri Yuri Lujkovun ölkəyə gəlişi ilə bağlı qalmaqal yaranıb.
Muxalifet - 9-05-2017
İŞİD rus casusun başını kəsdi - FOTO
Suriyada Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) casusluq etməkdə günahlandırılan Yevgeni Petrenko adlı şəxsin İŞİD terrorçuları tərəfindən başı kəsilib.
Müxalifət.az xəbər verir ki, casusun öldürülməsini əks etdirən 12 dəqiqəlik videonun faşizm üzərində qələbənin ildönümü günü yayılması diqqət çəkib.
Məsələ ilə bağlı Rusiyadan rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Yutub portalına yerləşdirilən sözügedən video bir neçə saatdan sonra silinib.Muxalifet - 9-05-2017
“Cahangir Hacıyevi susdurmaq istəyirlər” – VƏKİLDƏN AÇIQLAMA
Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin dünən mətbu orqanlarda yayılan bəyanatında diqqət çəkən bir məqam vardı. Məhbus bankir məhkəmədə vəkilləri tərəfindən dəfələlərlə vəsatət qaldırılmasına baxmayaraq, heç birinin təmin edilmədiyini bildirib və bunu Beynəlxalq Bankla bağlı həqiqətlərin ortaya çıxmasında maraqlı olmayan qüvvələrin işi adlandırıb. O, həmçinin qeyd edib ki, əslində Beynəlxalq Bank həqiqətlərinin üzə çıxarılmaması ölkə başçısının iradəsinə qarşı çıxmaqdır: "Çünki Prezident bu məsələlərin ciddi araşdırılmasına göstəriş verib".
Muxalifet2 - 9-05-2017
Türkiyə yeni ordu qurur – SURİYADA
Qazaxıstanın paytaxtı Astanada Suriyada 4 təhlükəsiz bölgənin yaradılması ilə bağlı əldə edilən razılıqdan sonra Türkiyə İŞİD-dən təmizlənən bölgələrdə Suriya Xidməti Gücü (SXG) adlı ordu yaratmaq üçün hərəkətə keçib.
Müxalifət.az xəbər verir ki, qardaş ölkə həmin bölgələrin təhlükəsizliyini təmin etməklə yanaşı, yerli şuraların yaradılması, mənzil, xəstəxana, məktəb, bir sözlə, infrastruktun qurulması işlərinə də rəhbərlik edəcək.Muxalifet - 9-05-2017
İcra başçısı, general və iş adamının pullarını “yeyib” – ŞOK FAKTLAR
Dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazov barəsində olan hökmdən kassasiya şikayəti verib. “Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 10-na təyin edilib. İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittihama aktına əsasən, 2012-ci ildə “Şərur-İnşaat” şirkətinin rəhbəri İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.Muxalifet2 - 9-05-2017
“Mən Azərbaycan almaları ilə məşğul olmalı deyiləm” – ERMƏNİSTANIN BAŞ NAZİRİ
Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycan almaları ilə məşğul olmaq niyyətində deyil.
Bu məlumatı “Ermənistan xəbərləri” portalı yayıb.
9 May qələbəsi parkında jurnalistlərlə söhbət edən baş nazir bu problemlə bağlı sualı belə cavablandırıb: “Məsələdən xəbərim var, cinayət işi açılılb”. Məsələnin onun diqqət mərkəzində olub-olmamasını dəqiqləşdirmək istəyən jurnalistlərə o deyib: “Cinayət işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Təsəvvür edirsiniz ki, mən 300 kq alma ilə məşğul olacağam?”Muxalifet2 - 9-05-2017
ORDUDAKI CASUS ŞƏBƏKƏSİNİN "BEŞİNCİ KOLON"LA BAĞLANTISI...
Natiq Miri: “Bu şəbəkənin Rusiya xüsusi xidmət orqanları ilə də əlaqəsi olmamış deyil”
“İndi münbit mühit yarandığı üçün bu məsələni ictimailəşdiriblər”
Dünən güc strukturlarının millləti, vətəni düşmən ölkəyə - Ermənistana satan 42 nəfər hərbi qulluqçu və mülki şəxs haqqında yaydığı bəynat cəmiyyətdə böyük rezonans doğurdu. Əslində, bu, həqiqətən də çox ciddi məsələdir. Müharibə şəraitində düşmənə qarşı xalqın birliyi lazım olduğu halda, düşmən dəyirmanına su tökmək iyənc bir faktdır.Muxalifet - 9-05-2017