Axtarış

The search found 105724 results in 0.009 seconds.

Search results

  1. Akif Çovdarov: "Mən ad çəkməyə başlasam, vətəndaş müharibəsi olar"

    Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib. 

    Muxalifet2 - 15-05-2017

  2. "Mən ad çəksəm, necə olacaq?" – Çovdarov hakimiyyətdəki şəbəkəni təhdid etdi

    Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
     
    APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin əməliyyat olunduğu üçün iclasda iştirak etmədiyi məlum olub.

    Muxalifet - 15-05-2017

  3. Fərhad Əhmədov bütün pullarını gizlətdi: "Onlar məndən bublikin dəliyini alacaqlar..."

    Azərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun 2000-ci ildə rəsmən boşandığı keçmiş arvadının  iddiası əsasında London məhkəməsinin çıxardığı məxfi qərar barədə yeni nüanslar məlum olub.

    Muxalifet - 15-05-2017

  4. ADP-dən SENSASİON BƏYANAT - Partiya iqtidarı Rusiyanın məkrli siyasətinə qarşı adekvat reaksiya verməyə çağırdı

    Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə predmeti olub. Toplantı iştirakçıları ilk növbədə Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları ilə bağlı məsələyə münasibət bildirib və israfçılığa yol açan, külli miqdarda dövlət vəsaiti hesabına başa gələn bu oyunların onsuz da kifayət qədər sosial-iqtisadi böhranın yaşandığı ölkəmiz üçün növbət iqtisadi itkilərə səbəb olacağını qeyd edib.

    Muxalifet2 - 15-05-2017

  5. Bahar Muradovadan Rusiyaya sərt mövqe – “Bu düşmənçilik mövqeyidir”

    Bu qərar ilk növbədə Rusiyanın ölkə daxilində sərbət toplaşmaq azadlığına, onun öz vətəndaşlarına münasibətinin göstəricisidir.
     
    Bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
    Onun sözlərinə görə, bu qərarı Rusiya dövlətinin məqsədli siyasəti hesab etmək olmaz:

    Muxalifet - 16-05-2017

  6. “Azərbaycanlı satqınlar Rusiyadan maliyyələşib” - Deputat

    Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş Tərtərdəki hərbi hissənin həbs olunan hərbçilərindən danışıb.
     
    Qüdrət Həsənquliyev deyib ki, azərbaycanlıların Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalıdır.
    “Eyni zamanda Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır”.

    Muxalifet - 16-05-2017

  7. “Azərbaycan iqtisadiyyatında böhran davam edəcək” – Qubad İbadoğlu

    Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın yerləşdiyi regionda iqtisadi durumun perspektivlərinə dair yenilənmiş icmallarını açıqlayıb.
     
    Hər iki hesabatda 2017-ci üçün Azərbaycanda iqtisadi eniş proqnozlaşdırılır.
    AYİB-nin hesablamalarına görə, bu il üçün Azərbaycan iqtisadiyyatı 0,5 faiz, BVF-nin gözləntilərinə görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1 faizə qədər kiçiləcək.

    Muxalifet - 16-05-2017

  8. Dünyanın ən çox içki içilən ölkəsi...

    2016-cı il ərzində Litvada bir nəfər orta hesabla 16 litr spirt qəbul edib
     
    Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yerə keçib.
    "Sputnik Litva" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Qauden Qalea deyib.
    ÜST-nin məlumatına görə, 2016-cı ildə Litvada bir nəfər orta hesabla 16 litr spirtli içki qəbul edib.
    "Ən son hesablamalara görə, bu, onu Avropada ən iri "əyyaş ölkə" və dünyada ən çox içki qəbul edilən dövlət edir", - deyə Qalea bildirib.

    Muxalifet - 17-05-2017

  9. Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir

    Məmmədovlar klanı “son qala”nı təhvil vermək üzrə; 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan Məmmədovların sayəsində nazir postuna yiyələnmişdi; Kənd Təsərrüfatı Nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi müzakirə olunur
     

    Muxalifet - 17-05-2017

  10. "ƏSLİNDƏ BU CASUSLAR ERMƏNİSTANA DEYİL, RUSİYAYA İŞLƏYİR"

    Sərdar Cəlaloğlu: “Azərbaycan hökuməti qorxusundan demir ki, Rusiyaya işləyən bir casus şəbəkəsini ifşa etdik”

    “Bu şəbəkəyə daxil olan insanlara Milli Qəhrəman statusu, general rütbəsi verən insanların hamısı məsuliyyətə cəlb olunmalıdır”

    Muxalifet2 - 17-05-2017

  11. DİQQƏT: Ermənilər Azərbaycan dilində təxribat xəbərləri yayır

    Son günlər cəbhədə bir-birinin ardınca ağır itkilərə məruz qalan düşmən “gücü” informasiya müharibəsinə verib. Ermənilər bu məqsədlə Facebook sosial şəbəkəsində yaradılan “HƏRBİ MEDİA” adlı səhifədən istifadə edirlər.
     
    Bundan öncə xəbər verdiyimiz kimi, “HƏRBİ MEDİA” səhifəsi erməni istifadəçilər tərəfindən yaradılıb. Bu səhifədə Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşılır.

    Muxalifet - 17-05-2017

  12. DÖVLƏT VƏSAİTİNİ KİMLƏR VƏ NECƏ TALAN EDİR? - FOTOFAKT

    VƏ YAXUD BƏZİ DÖVLƏT İDARƏLƏRİNİN “AZƏRİŞİQ” ASC-YƏ KÜLLİ MİQDARDA BORCUN YARANMA SƏBƏBİ!

    Muxalifet2 - 17-05-2017

  13. "Aysberqin görünən hissəsi" - Azərbaycan diaspora təşkilatı niyə ləğv edildi?

    Rusiyada Azərbaycan Diaspora təşkilatının ləğv edilməsi Rusiya və Azərbaycan arasındakı gərginlikdə "aysberqin yalnız görünən hissəsidir", britaniyalı ekspert deyir.
     
    Mayın 15-də Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası təmin edərək müvafiq qərar cıxarıb.

    Muxalifet - 17-05-2017

  14. “Azərbaycan” nəşriyyatı, yoxsa Disko Klub? - ŞOK FAKT

    Keçmiş deputatın oğlu “Azərbaycan” nəşriyyatının binasında Disko Klub açıb
     
    Aprelin 29-da gecə saatlarında “Azərbaycan” nəşriyyatının ətrafında yaşayan insanlar böyük səs-küyə yuxudan oyanıblar. Bu zaman bəlli olub ki, “Azərbaycan” nəşriyyatının inzibati ərazisində yerləşən BMM-in arxasından güclü musiqi səsi gəlir. Sakinlər bunu “Azərbaycan” nəşriyyatının yeni bir Disko Klub layihəsi kimi qiymətləndiriblər. Və bu hal onlar arasında ciddi narazılıqla qarşılanıb.

    Muxalifet2 - 18-05-2017

  15. “Casus yuvası olan Rusiya mərkəzləri qapadılmalıdır" - NATİQ MİRİ

    Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması ilə bağlı qərarının hüquqdan daha çox siyasi olay kimi qiymətləndirilməsinin tərəfdarıyam.
    Bunu politoloq Natiq Miri deyib.

    Muxalifet - 18-05-2017

  16. ​"Mən tutulan gecə vəsiyyətim seyfdən götürüldü" - VİDADİ ZEYNALOV

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
    Muxalifet.az xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi keçirilən prosesdə Vidadi Zeynalov ifadə verib. O, ittiham aktı ilə ətraflı tanış olduğunu bildirib, sənədlə razılaşmadığını vurğulayıb: “İstintaq orqanının dəymiş ziyanla bağlı hesablamaları necə apardığı mənə məlum deyil. İstintaq materiallarında xeyli ziddiyyətli məqam var”.

    Muxalifet2 - 18-05-2017

  17. ​Oliqarxın oğlunun “Gelandewagen”i müsadirə olundu – AVTOXULİQANLIĞA GÖRƏ

    Rusiyada “Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun oğlu Ruslan Şamsuvarovun “Mercedes-Benz Gelandewagen” markalı cipi dövlətin xeyrinə müsadirə olunub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb oliqarxın ərköyün oğlunun növbəti dəfə həmin avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair videokadrların sosial şəbəkələrdə yayılmasıdır. Həmin kadrlarda Şamsuvarovun “Gelandewagen”i yolun ayırıcı zolağının üstü ilə sürdüyü əks olunur.

    Muxalifet2 - 18-05-2017

  18. ​Qayınatasını doğradı, selfi çəkdi: "Çox xoşbəxtəm" - FOTO

    Ərinin intiharına görə günahkar hesab etdiyi qayınatasını bıçaqla öldürən qadın, sonra əlindəki qanlı bıçaqla cəsədin qarşısında selfi çəkib, sosial şəbəkədə yayımlayıb.
    Milli.Az "Haberler"ə istinadla bildirir ki, Amerikanın Virgina əyalətində 59 yaşlı qayınatası Çarles Teyloru öldürən 26 yaşlı gəlini Amanda Teylor kişinin cəsədi ilə selfi çəkib, sonra da sosial mediada paylaşıb.
    Ərinin özünü öldürdüyünə görə qayınatasını günahkar bilən Amanda etdiyi əmələ görə peşman olmadığını söyləyib.
    O, şəkli paylaşarkən "çox xoşbəxtəm" yazıb.

    Muxalifet2 - 19-05-2017

  19. "MTN İŞİ"ndə İCRA BAŞÇISININ ADI ÇƏKİLİR – ŞOK AÇIQLAMA

    “Mənim malımı, pulumu alan adamlara Abidin Fərzəliyev “krışalıq” edir”

    Zaur Əzimov: “100 min dollarlıq malımı, 120 min manat da pulumu alıblar”

    Muxalifet2 - 19-05-2017

  20. ​“MTN agentlərinin açıqlanması məhkəmənin kobud səhvidir”

    Üzeyir Cəfərov: “Ola bilsin ki, agentlərin adı məqsədyönlü şəkildə açılıb”

    Muxalifet2 - 19-05-2017

Pages