Axtarış
The search found 105716 results in 0.009 seconds.
Search results
Nəqliyyat Nazirliyi ləğv olundu - ZİYA MƏMMƏDOV VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILDI
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:Muxalifet - 13-02-2017
“İNTİHAR EDƏNLƏRƏ AĞIR RUHİ XƏSTƏ KİMİ BAXMAQ DOĞRU DEYİL” - Orxan Fərəcli
Dünyada 350 milyondan çox insan depressiyadan əziyyət çəkir
Son vaxtlar intihar hadisələrinin baş verməsi adi hal alıb. İnsanın canına necə qıydığını düşünmək belə dəhşətdir. Bu tip xəbərlər ölkə mediasının gündəmindən düşmək bilmir. Bəlkə intihar hadisələrinin işıqlandırılması da intihar etmək istəyənlərə mənfi mənada bir stimul verir. Görünən odur ki, bu mövzuda telekanallarda maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Telekanallar isə şou verilişlər təşkil etməkdə yarışa giriblər.Muxalifet - 13-02-2017
“Hələ sərəncamla tanış olmamışam” - ZİYA MƏMMƏDOV - YENİLƏNİB
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.
Z.Məmmədov musavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: “Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq”.
Muxalifet - 13-02-2017
Ziya Məmmədov həbs xəbərini yalanladı
Bu gün Nəqliyyat naziri vəzifəsindən azad edilən Ziya Məmmədovla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər yayılmağa başlayıb.Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, nazir postunu itirən Ziya Məmmədov artıq həbs edilib.
Gununsesi.info bu xəbərə aydınlıq gətirmək üçün sabiq nazirin özü ilə əlaqə saxlayıb. Ziya Məmmədov həbsi barədə yazılanlara münasibətini belə ifadə edib:”Gördüyünüz kimi telefonla sizinlə danışıram.Demək ki, bu xəbərlər yalandır.Mən başa düşə bilmirəm ki,niyə hansı məqsədlə bu xəbərləri yayırlar.Bu xəbərlərin yayılmasında məqsəd nədir bilmirəm”.
Muxalifet - 13-02-2017
“Qardaşımın ölümünə Nəqliyyat Departamentinin əməkdaşları səbəb olub” – ŞİKAYƏT
“Həkimlər bildirdilər ki, qardaşınız bərk əsəbləşdiyi, stress keçirdiyi üçün insult keçirib”
Ucar rayonu Qazyan kənd sakini Məlikov Səfa Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır:
“Mənim qardaşım 1971-ci il tarixdə anadan olmuş Məlikov Aydın Sabir oğlunun ölümünə baiskar Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı olub. Ancaq bu cinayət faktını araşdıran yoxdur.Muxalifet - 14-02-2017
“Torpağım Kəmaləddin Heydərovun adı ilə zəbt edilib” – MÜRACİƏT
Göyçay rayonu Ü.Hacıbəyov küçəsi ev 84 A mənzil 12-də qeydiyyatda olan Məmmədova Elmira Ramiz qızı tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Saytımız vasitəsilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edən müəllif yazır:
“Hörmətli nazir! Bir Azərbaycan qadını, ali təhsilli müəllim kimi sizə müraciət edib, xahiş edirəm, sizin adınızla mənim zəbt edilmiş torpağımı və ya ona düşəcək kompensasiyanı özümə qaytarılmasına yaxından köməklik edəsiniz.Muxalifet - 14-02-2017
“Dollar ucuzlaşır, bəs qiymətlər niyə qalxır?”
“Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gündən-günə qalxır?”
Muxalifet - 14-02-2017
Ziya Məmmədovun sabiq müşaviri məhkəmədə ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
R. Əhmədov özünü təqsirli bilmədiyini deyib.
Prosesdə zərərçəkmiş şəxslər ifadə verib.Muxalifet - 14-02-2017
Maliyyə Nazirliyindən müəllimlərə qarşı hörmətsizlik – SENSASİON FAKT
Nazirlik təhsil işçilərinin maaşını necə “kəsib-doğrayıb”?
Muxalifet - 14-02-2017
YAP rəhbərliyi hakimiyyətin mitinq siyasətinə qarşı
BŞİH-in müxalifətin mitinqinə icazə verməsi hakimiyyəti iki yerə parçalayıb; hakim partiya funksionerləri rəsmi qurumu niyə ciddi şəkildə qınayırlar?Muxalifet - 15-09-2016
Hökumət geri çəkildi: QAÇQIN YATAQXANALARINA SAYĞAC QURAŞDIRILMAYACAQ
Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” bu il yanvarın 23-də imzaladığı fərmana dəyişiklərin edilməsinə dair yeni fərman verib.
Muxalifet - 14-02-2017
Bakının mərkəzində haqsızlığa TƏKBAŞINA ETİRAZ ETDİ – AKSİYA - FOTO, VİDEO
Xırdalan şəhərində meyvə-tərəvəzin topdan satışı ilə məşğul olduğunu bildirən iş adamı Kərim Kərimli fevralın 13-də Bakının “Torqovı” kimi tanınan Nizami küçəsində etiraz aksiyası keçirib. Muxalifet.az xəbər verir ki, o, “Azadlıq” radiosuna narazılığını belə izah edib:
“2015-ci ildə manatın ikinci devalvasiyasından sonra onsuz da güzəranımız pisləşib. Hakimiyyət təmsilçiləri insanlara dolanışıq üçün şərait yaratmaq əvəzinə, əksinə əldə etdiyimiz 5-3 manata da gözünü dikib”.Muxalifet - 14-02-2017
Ziya Məmmədov: “Evdəyəm, daha nə danışım, hər şey aydındır...”
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov hazırda evindədir və barəsində gəzən ən müxtəlif şaiyələrə münasibət bildirmək istəmir.
“Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur. Mən artıq nazir deyiləm, adi vətəndaşam. Siz jurnalistlərə də hörmətim var. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur” –keçmiş nazir “Yeni Müsavat”a bildirib.
Muxalifet - 15-02-2017
“Mən artıq nazir deyiləm, adi vətəndaşam” - Ziya Məmmədov
“Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur”.
Muxalifet.az xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında keçmiş Nəqliyyat naziri Ziya Məmmədov deyib. O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: “Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.
Xatırladaq ki, Ziya Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.Muxalifet - 15-02-2017
Dərs saatı azaldılan müəllimlər etiraz aksiyası keçirdi – MALİYYƏ NAZİRLİYİNİN QƏRARINA ETİRAZ
Maliyyə Nazirliyinin bütün Uşaq Musiqi Məktəblərinin rəhbərlərinə müəllimlərin dərs saatlarının azaldılması ilə bağlı göstəriş verdiyi haqda oxucularımıza dünən məlumat vermişdik. Qeyd etmişdik ki, yanvardan etibarən maaşları 7 faiz artırılan təhsil işçilərinin dərs yükü azaldıldığından, onların aylıq gəliri nəinki artıb, əvvəlkindən də aşağı düşüb. Yəni Maliyyə Nazirliyinin “qayğısı ilə” müəllimlərin maaşı təxminən 20-30 faiz azalıb.
Muxalifet - 15-02-2017
Həbsdəki MTN polkovniki insult keçirib; Akif Çovdarov: “İlqar elə getdi, Mirəziz belə. Növbədə mənəm”
MTN-in əks kəşfiyyat şöbəsinin rəisi olmuş polkovnik Mirəziz Əsgərov fevralın 14-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında insult keçirib. O, dərhal Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. Bu haqda həbsdə olan MTN generalı Akif Çovdarov fevralın 15-də öz məhkəməsində məlumat verib. Çovdarov bu hadisəni həm də özünə xəbərdarlıq kimi qiymətləndirib.
Muxalifet - 15-02-2017
Ərdoğanı zəhərləmək istəyiblər
FETÖ əməliyyatı çərçivəsində həbs edilən Kahramanmaraş Lider İş adamları Dərnəyinin rəhbəri Mahir Keçə haqqında iddianamədə yer alan gizli şahidin ifadələri hər kəsi təəccübləndirib.
Türkiyə KİV-i xəbər verir ki, şahidin ifadəsində “Mahir Keçə 2010-cu ildə toplantılardan birində o dövrdə baş nazir olan Tayyib Ərdoğanın nar suyu içirilərək zəhərlənəcəyini söyləyib” dediyi ortaya çıxıb.Muxalifet - 16-02-2017
“Ölkədə anormal dindarlaşma halları var” – Gündüz İsmayılov
“Ölkədə anormal dindarlaşma halları var”.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı dəyirmi masada çıxışı zamanı bildirib.Muxalifet - 16-02-2017
NƏQLİYYAT NAZİRLİYİNDƏ TƏHVİL-TƏSLİM
Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevi vəzifəsində saxlayıb
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yükək Texnologiyalar Nazirliyinə birləşdirilib.
Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.Muxalifet - 16-02-2017
Yol polisindən şok qərar
“Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarına nəzər saldıqda xəsarət dərəcələrinin ağırlığı ciddi narahatlıq doğurur. Araşdırmalar zamanı bunun səbəbinin təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsi olduğu müəyyən olunub”.
Bu məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlayıb.Muxalifet - 16-02-2017