“Azərbaycan Qarabağda müharibəyə 2020-ci il seçkilərindən sonra başlaya bilər…”

Baxış sayı:
16144

Nədən politoloqlarun neçə  illərdir Qarabağla bağlı verdiyi proqnozların heç biri düz çıxmır?..
“Qarabağda hərbi əməliyyatlar 2020-ci ildəki seçkilərdən sonra başlaya bilər”
Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, bu fikri Rusiyanın ermənipərəst politoloqu Stanislav Tarasov Ermənistanın "168 Jam" qəzetinə verdiyi müsahibədə söyləyib.
"Hərbi əməliyyatların Qarabağda keçiriləcək seçkilərdən sonra başlanması mümkündür. Çünki azərbaycanlılar bütün işlərə  Qarabağ klanının rəhbərlik eidiyinə qəti şəkildə əmin olublar. Və indi Yerevanda qarabağlıların sonuna çıxmağa şalışanlar hakimiyyətə gəlib. Odur ki, Azərbaycan seçki  nəticəsində Qarabağda hakimiyyət dəyişikliyini  müsbət qarşılayacaq və bunu bəhs edilən klanın zəifləməsi kimi qəbul  edəcək...”- rus politoloq belə deyib.  
S.Tarasovun sözlərinə görə, işğalçı ölkədə Qarabağ və Ermənistandan olanlara bölünmə narahatlıq doğuran məsələdir. 
“Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti belə düşünməyə əsas verir. Ermənistan çox çətin vəziyyətdədir və cəmiyyətdə bu cür ayrılma xətləri ermənilər üçün ölümcül ola bilər "-deyə o bildirib. 
S. Tarasov qeyd edib ki, bu məsələ ətrafında baş verən hadisələrin necə inkişaf edəcəyini təsəvvür etmək çətindir. Ancaq onun sözlərinə görə, Azərbaycanda Qarabağla bağlı belə planlar müzakirə olunur.
P.S. Nədən politoloqlarun neçə  illərdir Qarabağla bağlı verdiyi proqnozların heç biri düz çıxmır?..  Ona görə ki, onların çoxu əslində politoloq yox,  “pulitoloq”dur: hərəsi bir cəbhədən pul alıb ictimai şüurun manipulyasiyası ilə məşğul olurlar...