Azərbaycana dost ölkə yasda - 25 kursantın yandığı qəzanın təfərrüatı / VİDEO

Baxış sayı:
1145

Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb. Musavat. com xəbər verir ki, hadisə Ukrayna vaxtilə 20:45-də Çuquyev şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 28 nəfər olub, onların arasında 7 zabit, 21 kursant olub. Onlardan 25 nəfər ölüb. 2 nəfər qəza yerindən sağ çıxarılıb, onlardan birinin vəziyyəti ağırdır. Daha 2 nəfərin isə özünü təyyarədən atmağa macal tapdığı və meşəyə düşdüyü ehtimal edilir. Ukraynanın seqodnya.ru saytı yazır ki, versiyalar sırasında terror aktı da var.

Zelenski komissiya yaradır və bu gün qəza yerinə gedir

Ukrayna prezidenti Vladimir Zelenski Bakı vaxtilə saat 01.00 radələrində təyyarə qəzası zamanı o dəqiqələrdə 20 nəfərin həyatını itirdiyinin təsdiqləyib, iki nəfərin ağır yaralı, digər 2 nəfərin isə axtarışlarının davam etdiyini söyləyib. Onun sözlərinə görə, təcili olaraq faciənin araşdırılması üçün komissiya yaradılır. Prezident əlavə edib ki, Ukraynanın baş nazirinə bu barədə müvafiq göstəriş verilib. Zelenski sentyabrın 26-da qəza baş verən əraziyə gedəcəyini deyib.

Qəzanın səbəbləri nə ola bilər?

Ukraynanın 203-cü Təlim Hava Briqadasının ixtiyarında olan təyyarə və helikoptellər 30 ildən çoxdur ki, istismardadır. Qəzaya uğrayan “An-26” 1977-ci ilin oktyabrında istismara buraxılıb.

Ukraynada hərbi təyyarə qəzaya düşdü, ölənlər var

“Xarkov yaxınlığında qəzaya uğrayan Ukrayna Hərbi Hava Qüvvələrinin “An-26” hərbi nəqliyyat təyyarəsində bir-birinin ardınca nasazlıqlar yarana və qəzanın bu səbəbdən baş verə bilər”. Rusiya Müdafiə Nazirliyi yanında Aerokosmik Axtarış və Xilasetmə Federal Müdirliyinin keçmiş rəhbəri, Rusiyanın əməkdar hərbi pilotu general-mayor Vladimir Popov kp.ru-ya açıqlamasında belə deyib.

İstefada olan general deyib ki, öncə hansı meteroloji şəraitin-az buludlu, yağıntılı, qaranlıq olduğunu- dəqiqləşdirmək lazımdır. “Hərbi aerodromlar bir qayda olaraq mülkü aerodromlardan daha az işıqlandırılır. Bu həm işıqlandırma, həm də texniki avadanlıqlarına aiddir. Çünki hərbi aerodromlar hədəf ola bildiyi üçün gözə çarpmayan olmalıdırlar. Ukraynada hərbi aerodromların bir çox vacib tələblərə cavab verdiyinə dair böyük şübhələrim var”deyə, o əlavə edib.

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, azı 22 hərbçi həlak olub - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

General onu da deyib ki, təyyarələrin enib-qalxması aerodromda rabitə, naviqasiya sisteminin necə işləməsindən də çox asılıdır, amma mümkündür ki, aerodromda elektrik kəsilməsi olsun. “Öz təcrübəmdən deyə bilərəm ki, əgər bir gün əvvəl hansısa texniki nasazlıq, işıq kəsintisi olubsa, bütün texniki avadanlıqlar təyyarənin bortuna səhv məlumatlar ötürə bilir. Görünən budur ki, kursantlar haradansa buradakı əsas aerodroma uçublar. Versiyalardan birinə görə, “An-26” ekipajı təyyarəni magistral yolun yaxınlığına endirməyə çalışıblar. Ancaq dəhşətli qəza qaçılmaz olub”. Popovun fikrincə, “An-26” lərin istismara buraxılması tarixi köhnədir. Ancaq Ukrayna istehsalı olan bu təyyarələrin təmiri də Kiyevdə yerləşdiyindən uçuşdan əvvəl texniki vəziyyəti mütləq öyrənilməli idi.

Ukrayna tərəfi bildirib ki, “qara qutu”nu öyrənmək üçün ölkədə lazımı laboratoriyalar və texniki mütəxəssislər var.

“An-24” Ukraynanın öz istehsalıdır

Antonov -“AN-26” cütmotorlu, yüngül, turbopərli nəqliyyat təyyarəsidir, baza modeli Antonov “An-24” təyyarəsindən formalaşdırılmışdır və hərbi məqsədlər üçün istifadə edilir. İlk dəfə 1969-cu ildə geniş yük rampası ilə bərabər gövdəsinin arxa hissəsində texniki dəyişikliklər həyata keçirilib. Bununla belə, “An-26” Çində Xian təyyarə Zavodu tərəfindən lisenziya altında Y-14 adı ilə istehsal edilir. Çinlilər hal-hazırda Y-14 adını Y-7 adı ilə dəyişdiriblər.

Digər texniki göstəricilərini təqdim edirik:

İlk uçuş: 21 may 1969
İstismar verilib: 1973
İstehsal tarixi: 1969 – 1996
İstehsal sayı: 1403 ədəd
Heyət üzvü: 6 nəfər
Yük götürmə kütləsi: 5.500 kq
Sərnişin tutumu: 40 nəfər tam təchizatlı əsgər və ya 24 ədəd xərək
Daxili yanacaq çənlərin tutumu: 7.316 kq
Mühərrik : 2 ədəd Progress “AI-24VT”turboprop mühərrik; 1 ədəd Tumansky “Ru-19-A300” turboreaktiv mühərrik
Maksimal sürəti: 540 km/saat
Yüksəkliyə qalxma sürəti: 9.2 metr/saniyə
Uçuş məsafəsi yük olmadan: 2.550 km
Yük ilə: 1.100 km
Uçuş yüksəkliyi: 7.500 m
Qalxma məsafəsi: 870 m
Enmə məsafəsi: 650 m

Qeyd edək ki, Ukrayna Azərbaycana dost ölkədir. Son olaraq üç gün əvvəl Ukrayna prezidenti Azərbaycan prezidenti İlham Əliyevə zəng etmişdi. Söhbət əsnasında Ukrayna rəhbəri zəngindən bir həftə öncə təsdiqlədiyi “Ukraynanın milli təhlükəsizlik strategiyası haqqında” sənədə toxunaraq, ölkəmizə dəstəyini bir daha ifadə edib. O bildirib ki, ölkəsinin yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Dövlət başçımız öz növbəsində qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.