​Azərbaycanlılar təhsil nazirinə qarşı kampaniya başladı

Baxış sayı:
10321

İranda yaşayan və fars olmayan millətlərin milli-mədəni fəalları İran təhsil nazirinə qarşı “Tvitter Fırtınası” adı altında kampaniyaya başlayıblar.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, əksəriyyətinin azərbaycanlı olduğu bildirilən kampaniyaya iştirakçıları İran Prezidenti Həsən Ruhaniyə xitabən nazirin işdən uzaqlaşdırılmasını tələb edəcəklər.
Kampaniya bu gün saat 20:00-da başlayacaq.
Qeyd edək ki, iyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq, məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdı. Nazir qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu bildirmişdi.