Azərbaycanlını ailəsindən 300 milyon alıb, azad etdilər
15-07-2018 20:09
Baxış sayı:
2137

Azərbaycanlı milli-mədəni fəal Səhənd Məalı ailəsinin girov qoyduğu mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Muxalifet.az xəbər verir ki, fəal 9 gün saxlandıqdan 300 milyon riallıq mülki vəsiqə qarşılığında azad edilib.
Sarab Məhkəməsi ETTELAAT-ın tapşırığına görə fəalın azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni qəbul etməkdən imtina etsə də, sonda geri addım atıb.
Qeyd edək ki, iyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ilə əlaqədar müxtəlif şəhərlərdə təxminən 80 fəal saxlanılıb, onların əksəriyyəti ağır igəncələrə məruz qalıb.