Bakıda 32 yaşlı polisi maşın vurdu
20-09-2019 10:00
Baxış sayı:
10642

Bakının Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az apa-ya istinadən verir ki, minik avtomobili metronun "Gənclik" stansiyasının yaxınlığında, Tofiq Bəhramov adına stadionun qarşısında xidmət aparan və Çevik Polis Alayının əməkdaşı, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsevər oğlunu vuraraq qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır