Bakıda çökmüş yolun altında tunel çıxdı - FOTO
16-07-2018 13:47
Baxış sayı:
4300

Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə, ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır.
Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir.