​Bakıda işıq niyə yoxdur? – İSTİNTAQ APARILIR

Baxış sayı:
4999

Mingəçevir DRES-in bloklarında dünənki qəzadan sonra bütün ölkə üzrə elektrik enerjisinin verilməsi ən qısa zamanda bərpa olunmuşdu. Təmir işlərinə “Azərenerji”nin əməkdaşları və energetika sahəsində ən bacarıqlı mütəxəssislər cəlb edilmişdi.
Hazırda mütəxəssislər təmir-bərpa işlərini yekunlaşdırırlar. Mütəxəssislərin rəylərinə görə, bərpa işləri prosesində elektrik enerjisinin verilişi ilə bağlı yeni fasilələr yarana bilər. Lakin hökumət mənbələri bildirirlər ki, yaxın zamanda DRES-in funksional işi tam bərpa ediləcək.
Mingəçevir DRES-də baş vermiş qəzanın səbəblərinin araşdırılması üzrə Dövlət Komissiyası daimi rejimdə işləyir. Baş Prokurorluq qəza faktı ilə bağlı cinayət işinə başlayıb. İstintaq aparılır.