Bakıda marşrut avtobuslar pulsuz işləyəcək - GÖSTƏRİŞ

Baxış sayı:
4580

Bakı Nəqliyyat Agentliyi (BNA) təkrar elektirik kəsintisi ilə əlaqədar sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb. 

Bu barədə "Reporta" BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Sərnişin sıxlığınını qarşısınını alınması üçün bütün zəruri tədbirlər görülür. İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib. 

Yollarda hərəkətin təhlükəsizliyi üçün bütünü sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində birbirlərinə qarşı anlayışlı olmaları tövsiyə edilir.