Bakıda yaşayış binasında yanğın oldu

Baxış sayı:
4537

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Muxalifet.az xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 m² sahədə mebel və 2 ədəd məişət texnikası yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.