Bakının bəzi ərazilərində işıqforlar işləmir - RƏSMİ
12-07-2018 16:50
Baxış sayı:
3649

Hazırda paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində yaranan problemlə əlaqədar işıqforlar işləmir.
Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, bununla əlaqədar yol polisi küçələrdə hərəkəti tənzimləyir:
"İşıqforların işləməməsi səbəbindən sıxlığın, yol nəqliyyat hadisələrinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə yol polisləri iş başındadır. Sürücülərə işıqforların işləmədiyi yolldarda hərəkət edərkən yol nişanlarını nəzərə almaları tövsiyə edilir"./publika/