“Barselona”nın futbolçusu məscid tikdirəcək
18-07-2018 20:33
Baxış sayı:
10882

Dünya çempionatının qalibi olan Fransa millisinin üzvü Usman Dembele xoşməramlı hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Muxalifet.az xəbər verir ki, əslən Mavritaniyadan olan gənc hücumçu çempionluğa görə aldığı mükafatla vətənində məscid tikdirəcək.
Məscid Dembelenin doğulduğu Cakili şəhərində inşa ediləcək.
Qeyd edək ki, Usman Dembelenin anası Mavritaniyadandır və Seneqal mənşəlidir. Atası isə Malidəndir. “Barselona”nın futbolçusunun özü isə Fransada doğulub.