Baş nazirin mitinqində partlayış: yüzlərlə insan...
23-06-2018 20:22
Baxış sayı:
5251

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Baş nazir Abiy Əhmədin qatıldığı mitinqdə partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, 132 nəfər yaralanıb.
Partlayışdan dərhal sonra ərazidən uzaqlaşdırılan nazir açıqlamasında ölkəsinə zərər verməyə çalışan şəxslərin məğlub olacağını deyib:
“Bu hadisə Efiopiyanın bir araya gəlməsini istəməyən qüvvələrin uğursuz cəhdidir. Sevgi daim qazanacaq. Başqalarını öldürmək məğlubiyyətdir. Bizi bölməyə çalışanlar bunu bacarmayacaq”.
Təşkilat Komitəsinin üzvlərindən biri partlayışın əl bombası vasitəsilə törədildiyini bildirib.