Başqan Ərdoğanın ilk günü Vaşinqtonda necə izləndi: SƏRDAR TURQUTUN YAZISI

Baxış sayı:
5230

Vaşinqtondakı ən təcrübəli əcnəbi müxbirlər arasındayam. İllərdir ki, dünən kimi Türkiyənin diqqət və həyəcanla izləndiyini görməmişdim.
ABŞ hakimiyyətinin bütün strukturlarında insanlar başqan Ərdoğanın birinci gününün daşıdığı mesajlara konsentrasiya olmuşdu. Onun ilk gün etdiyi bütün çıxışların tərcümələri anında analiz edilirdi. Bütün strukturlar prezidentlik dövründə Türkiyənin istiqamətinin nə olacağına dair proqnozlar vernək və bunun Türk-Amerkan əlaqəsinə necə təsir edəcəyinə ortalığa qoymağa çalışırdılar.

 
ETİRAF ETMƏLİYƏM Kİ, BUNU İLK DƏFƏ GÖRDÜM
 
“Nə olacaq, bu da onların təbii işi deyil ki” deyə bilərsiniz. Təbii ki, görəcəkləri iş budur. Ancaq mən çox uzun müddətdir Amerika rəhbərliklərinin Türkiyəyə bu qədər əhəmiyyət verdiyini və diqqət kəsildiklərini görməmişdim. Əslində səhərdən bütün qurumlardakı əlaqədar insanlar arasında müdhiş bir telefon tranziti başlamışdı.
Amma Nazirlər Kabinetinə girən şəxslərin açıqlanmasına az qalmış telefon zənglərinin sayı çılğın bir ritmdə artdı. ABŞ hakimiyyətinin müxtəlif strukturlarından Türkiyə ilə bağlı çalışan beyin mərkəzlərinə geniş şərh tələbləri gəldi.
 
ƏRDOĞANA GÖSTƏRİLƏN HÖRMƏT
 
Bu maraq və müvazinət sıxlığına baxanda, ABŞ hakimiyyətinin başqan Ərdoğanın düşündüyüny etməsindən və bacarıq əzmindən çəkindiklərini görmək olur. Xüsusi söhbətlərdə mənə bunu açıq şəkildə deyirlər ki, bunu sevgi ilə qarışdırmaq lazım deyil. Amerikanın bəzi planlarını pozduğu üçün və müstəqil, güclü qərarlar verdiyi üçün Ərdoğanı sevmirlər və bunu çox açıq şəkildə ifadə edirlər. Amma Ərdoğana qarşı müdhiş bir hörmət var, bu qətidir.
Bundan başqa, prezident Ərdoğandan qorxurlar da. Bu da ən qədim Vaşinqton jurnalistlərindən biri kimi, mənim də xoşuma gəlir açığı. Türkiyənin çox sevildğinin dediyi illərdə də burada işləyirdim, amma o günlər Türkiyənin rəhbərliyinə belə hörmət edilmirdi. Sevgi deyil, hörmət vacib olduğundan, bir xarici muxbir/yazar olaraq ehtiramla alqışlayıram uzaqdan başqan Ərdoğanı Türkiyəyə bunu təmin etdiyi üçün.
Müxalifət.az