Bayden oğluna görə Ukraynaya bir milyard dollar vəd edib? - AMERİKADA SENSASİON QALMAQAL

ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Co Baydeni və Demokratlar Partiyasını sərt tənqid edib.
"RİA Novosti" xəbər verir ki, Trampın sosial şəbəkədə paylaşdığı, "mən bu bataqlığı qurudacağam" başlıqlı video Baydenin oğlunun rəhbərlik etdiyi şirkətin fəaliyyətini araşdıran Ukraynanın sabiq baş prokurorunun işdən çıxarılması ilə bağlı qalmaqala həsr olunub.
"Co Bayden oğlunun şirkətinin işini araşdıran baş prokurorun işdən çıxarılması üçün Ukraynaya bir milyard dollar vəd edib. Lakin Tramp Ukraynadan bunu korrupsiyaya görə araşdırmağı istəyəndə, demokratlar impiçmenti başlatmaq qərarına gəldilər. Demokratlar seçkini uduzdular və indi isə bunları saxtalaşdırmaq istəyirlər. Onlara imkan verməyin ”,-deyə Tramp video-müraciətində bildirib.
Qeyd edək ki, demokratlar Nümayəndələr Palatasında Trampa qarşı impiçment kampaniyasına başlayıblar. Onlar ABŞ prezidentini siyasi rəqibini gözdən salmaq məqsədilə xarici dövlətdən seçkilərə müdaxilə etmək üçün kömək istəməkdə ittiham edirlər. Tramp isə iddiaları tamamilə rədd edib./Azvision.az