Bayramlarda işə getməli olacağıq? - Bu üçündən başqa...

Baxış sayı:
8065

Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski rəsmi bayramların sayını üçə endirərək əvəzində məzuniyyət günlərinin sayını artırmağı təklif edib. Azərbaycan da bayramların sayının çox olduğu ölkələrdəndir. Bizdə də arada bir gündəmə gələn bu mövzu ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik. Millət vəkili bayramların sayının azaldılmasının tərəfdarı olduğunu bildirdi: “Biz də bunu dəfələrlə qeyd edirik ki, bayramların bu qədər olmasının mənası yoxdur. Digər bayramlar iş günü elan olunmalıdır. Müstəqillik günü, Novruz bayramı və əlbəttə ki, Qurban bayramından başqa hamısının iş günü elan olunması düşünülə bilər. Çünki əhali işləməlidir. Bu qədər istirahət etmək ənənəsini qoymaq məncə doğru deyil. Bayram kimi qeyd olunsun, amma qeyri-iş günü hesab edilməsin”.//yeni sabah