Benzin Putinin NÜFUZUNU AŞAĞI SALDI
23-06-2018 15:01
Baxış sayı:
4783

Rusiya Prezidenti Vladimir Putinin ruslar arasında reytinqi 62%-dən 54%-ə enib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya İctimai Fikir Fondu yayıb. Fond bu rəqəmin 2013-cü ildən bu yana ən aşağı göstərici olduğunu bildirib.
Ölkə başçısının reytinqinin bu qədər geriləməsinə səbəb benzin qiymətlərinin artması və təqaüd reformlarının aparılması olub.
Qeyd edək ki, Rusiya bundan öncə təqaüd yaşını artıracağını bildirib. Hökumətin bu qərarı xalq arasında kəskin narazılıq yaradıb.