Bill Qeyts yeni pandemiyanın ANONSUNU VERDİ - "İkinci dəfə biz belə axmaq olmayacağıq"

“Microsoft” şirkətinin qurucusu, iş adamı Bill Qeyts yeni pandemiyanın meydana çıxacağı ilə bağlı bəşəriyyəti xəbərdar edib.
"RİA Novosti" xəbər verir ki, milyarder aktrisa Raşida Cons və ABŞ-ın baş infeksionisti Entoni Faucla koronavirus pandemiyasını və COVID-19-un meydana gətirdiyi dəyişiklikləri müzakirə edib.
Söhbət əsnasında Cons ondan yeni pandemiya barədə soruşub. "Bəli. Bu, iyirmi ildən sonra baş verərsə, şanslıyıq", - deyə Qeyts cavab verib. O, bunun daha erkən - üç ildən sonra baş verə biləcəyi ilə bağlı bir ssenarinin olduğunu da diqqətə çatdırıb. Buna baxmayaraq, Qeyst növbəti dəfə pandemiyaya hazır olmağı məsləhət görüb: "İkinci dəfə biz belə axmaq olmayacağıq".
Milyarder infeksiyanın zəifləməsinin peyvənd istehsalının artması ilə əlaqədar olacağını söyləyib. Bəşəriyyət yalnız bundan sonra "tunelin sonunda işıq" görəcək.