Biləsuvarda minik və yük avtomobilləri toqquşub, yaralanan və ölənlər var
5-07-2018 08:55
Baxış sayı:
3019

Biləsuvar rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, rayonda “VAZ" markalı minik avtomobili və "Suzuki" markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədini və yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.